ABŞ Ticarət Nazirliyi Rusiyanın kibertəhlükəsizlik şirkəti “Kaspersky Lab”-a qarşı məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir.
Elchi.az bu barədə “The Wall Street Journal”-a istinadən xəbər verir.
ABŞ prezidenti Co Bayden administrasiyası onlayn təhlükəsizlik qaydalarına uyğun olaraq şirkətə məhdudiyyətlər tətbiq etməyi düşünür.
Administrasiya Moskvanın Ukraynaya təcavüzündən sonra Rusiyanın kiberhücumları ilə bağlı narahatlıqlara görə keçən il “Kaspersky Lab”-ın antivirus proqram təminatının milli təhlükəsizlik yoxlamasını gücləndirib. ABŞ tənzimləyiciləri artıq federal hökumətə “Kaspersky” proqram təminatından istifadə etməyi qadağan edib.
ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik İdarəsi konkret şirkətin hər hansı potensial hərəkətini şərh etmədiyini bəyan edib.
“Kaspersky”-ya qarşı tətbiqetmə tədbirləri xəbəri, Ağ Evə Çin “TikTok” və ya digər xarici texnologiyaların milli təhlükəsizliyə təhlükə törətdiyi təqdirdə qadağan edilməsinə icazə verən yeni ABŞ qanunvericiliyinin qəbulundan sonra gəlir.
Yeganə