Koronavirusun yayılmasına qarşı mübarizənin ağır uzunmüddətli nəticələri və Vaşinqtonun Pekinə ticarət təzyiqi tədbirlərinə görə Çin ümumi daxili məhsul (ÜDM) baxımından ABŞ-ı geridə qoya bilməyəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb.
Bundan əvvəl mərkəzin ekspertlərinin proqnozları Çinin 2028-ci ildə ÜDM-in həcminə görə ABŞ-ı keçəcəyini və dünyada bu göstərici üzrə birinci yerə çıxacağı yöndə idi. Ancaq ötənilki hesabatda bu proqnozu 2033-cü ilə qədər geri çəkdilər. İndi mərkəzin mütəxəssislərinin qənaətinə görə, Çin heç vaxt ABŞ-ı keçə bilməyəcək. Çünki iqtisadi artımın yavaşlaması əvvəllər düşünüldüyündən də əhəmiyyətli olacaq.
Mütəxəssislərin fikrincə, doğum səviyyəsinin azalması ilə əlaqədar işçi qüvvəsi çatışmazlığı da artacaq. Bu isə vəziyyəti daha da ağırlaşdıracaq.
Yaponiya İqtisadi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2030-cu ildə Çinin ÜDM artımı 3% səviyyəsindən aşağı düşəcək. 2035-ci ildə isə bu rəqəm 2,2%-ə qədər azalacaq.
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
Fransa Xarici İşlər Nazirliyi (XİN) ölkədə şagirdlərin və məktəb işçilərinin etiraz aksiyaları ilə bağlı Tehranın dezinformasiya yayması ilə əlaqədar İran...





















Son şərhlər