ABŞ İranla əməkdaşlıq edən 13 şirkətə sanksiya tətbiq edib

39

ABŞ Maliyyə Nazirliyi müxtəlif ölkələrin İranla neft sahəsində əməkdaşlıq edən 13 şirkətə sanksiya tətbiq edib.

Elchi.az xəbər verir ki, müvafiq qərar qurumun saytında yerləşdirilib.

Sanksiya siyahısına əsasən BƏƏ və Çində qeydiyyatdan keçmiş şirkətlər düşüb. Onların ABŞ-dakı aktivləri dondurulub, ABŞ-ın fiziki və hüquqi şəxslərinin bu şirkətlərlə əməkdaşlığı qadağan edilib.