Bu həftə ABŞ-da neft qazma qurğularının sayı 10 ədəd azalıb.
Elchi.az xəbər verir ki, neft-mədən xidmətləri şirkəti “Baker Hughes” tərəfindən açıqlanan həftəlik məlumatlara görə, 14-20 yanvar həftəsində ölkədəki neft qazma qurğularının sayı əvvəlki həftə ilə müqayisədə 10 ədəd azalaraq 613 ədəd olub.
Son bir ildə ABŞ-da neft qazma qurğularının sayı 122 ədəd artıb.
Brent markalı neftin barel qiyməti cümə axşamını 87,66 dollarla tamamlayıb.
Qərbi Texas (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 81,96 dollar səviyyəsində olub.
Yeganə