Yaponiyanın Moskvadakı səfirliyi Tokionun Kuril adalarında balıq yetişdirilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparmağa çalışacağını bildirib.
Elchi.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.
Səfirlik bildirib ki, Yaponiya Rusiya tərəfindən bildiriş alıb ki, Moskva Kuril adaları yaxınlığındakı sularda yapon balıqçıları üçün məsləhətləşmələrin tarixləri ilə bağlı razılığa gələ bilmir.
Səfirlik vurğulayıb ki, 20 ildən artıqdır ki, hər iki tərəf Kuril silsiləsinin cənub adalarının sularında balıqçılığı dəstəkləyib və inkişaf etdirib.
“Təəssüf ki, bu dəfə Rusiya tərəfi belə addımlar atdı”, -deyə diplomatik nümayəndəlikdən bildiriblər.
Yeganə