Bağdaddakı ABŞ səfirliyi fövqəladə vəziyyət zamanı diplomatik heyətin hərəkətlərini sınaqdan keçirmək məqsədilə təlimlər keçirib, o cümlədən təcili evakuasiya təlimləri.
Elchi.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat verib.
İraq təhlükəsizlik xidmətlərindəki mənbələrinə görə, ABŞ diplomatik missiyasında əməkdaşların fövqəladə hallar zamanı hərəkətləri üzrə məşqlər və səfirlikdən evakuasiya təlimləri keçirilib.
Mənbələr bildiriblər ki, son 24 saat ərzində “çoxlu sayda amerikalı” İraqdan çıxıb. Qeyd olunur ki, ABŞ vətəndaşlarının əksəriyyəti Bağdaddan İraq paytaxtının beynəlxalq hava limiti vasitəsilə gedir.
Məryəm





















