Old Navy, Banana Republic və Athleta markalarını ehtiva edən GAP, məhsul və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün əməliyyat modelini optimallaşdırmaq üçün yeni tədbirlər planladığını açıqladı.
Elchi.az xəbər verir ki,bu kontekstdə, GAP işçi qüvvəsində təxminən 1800 ixtisarı ehtiva edən yenidən strukturlaşma planını açıqlayıb.
GAP-ın müvəqqəti icraçı direktoru Bob Martin verdiyi açıqlamada, ixtisarların illik 300 milyon dollar qənaətlə nəticələnəcəyini gözlədiklərini söyləyib.
Martin şirkətin iş modelini sadələşdirmək və optimallaşdırmaq, kreativliyi artırmaq və müştəri təcrübəsinin bütün aspektlərində daha yaxşı çatdırılma təmin etməklə GAP-ın yenidən qurulması üçün lazımi addımları atacaqlarını bildirib.
GAP 2022-ci ilin sentyabr ayında müxtəlif departamentlərdə təxminən 500 işçini işdən çıxardı.
Şirkət 2022-ci ilin son rübündə gözləntilərin üstündə bir zərər elan etdi və 2023-cü il satışlarının da proqnozlarından aşağı olduğunu bildirdi.
Nuranə Məmmədova