ABŞ-ın Nyu Cersi və Ohayo ştatlarında hökumətə məxsus cihazlardan Çin video paylaşma platforması olan TikTok-a giriş qadağan olunub.
Elchi.az xarici mediaya istinadən bildirir ki, Nyu Cersi qubernatoru Phil Mörfinin ofisindən verilən açıqlamada, TikTok sahibi ByteDance-in Çin hökumətinə istifadəçi məlumatlarını təqdim edə biləcəyi ilə bağlı milli təhlükəsizlik narahatlıqlarının olduğu vurğulanıb.
Ohayo qubernatoru mövzu ilə bağlı məlumat təhlükəsizliyi və kibertəhlükəsizlik təhdidlərinə diqqət çəkib.
FTB direktoru Chrispother Wray noyabr ayında tətbiqin milli təhlükəsizlik riski yaratdığını dedikdən sonra TikTok-a qadağa qoyulması çağırışları artıb.
Yeganə