ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Cənubi Koreyaya gedəcək

98

Pentaqonun sözçüsü Patrik Rayder “Ohayo” sinifli nüvə sualtı qayığının Cənubi Koreya sularına girəcəyini açıqlayıb.

Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Mən yerləşdirmə tarixlərini əvvəlcədən açıqlamaq fikrində deyiləm. O, ballistik raketlərə malik “Ohayo” sinifli nüvə sualtı qayığı olacaq. Deyə biləcəyim tək şey budur”,-deyə Rayder vurğulayıb.

O, sualtı qayığın konkret yükü barədə ətraflı məlumat verməyəcəyini deyib.

Bundan əvvəl, ABŞ prezidenti Co Bayden Şimali Koreyanın ABŞ və müttəfiqlərinə nüvə hücumu edəcəyi təqdirdə ona rejimi dəyişəcəyini vəd etmişdi.

Yeganə