ABŞ eskalasiyanın qarşısını almaq və bu cür riskləri minimuma endirmək üçün Rusiya ilə birbaşa əlaqə kanallarını saxlamaq niyyətindədir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, Moskva Qara dənizdə Amerikanın MQ-9 pilotsuz təyyarəsinin qəzaya uğraması kimi insidentlərin qarşısını almaq üçün ABŞ-la əlaqələri davam etdirir.
Havar Şəfiyeva