Nuland Ukraynanın ali rəhbərliyi ilə görüş gözləyir.
Elchi.az xəbər verir ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Kiyevə gəlib. Bu barədə çərşənbə günü, yanvarın 31-də Amerikanın Ukraynadakı səfiri Bridcet Brink X sosial şəbəkəsində dövlət katibinin müavini ilə birgə fotonu təqdim edib.
“Viktoriya Nulandın Ukraynaya qayıtması münasibətilə sizi təbrik edirəm”, – diplomat dərc olunmuş fotoya imza atıb.
Brink bildirib ki, onun və Nulandın Ukraynanın ali rəhbərliyi, eləcə də veteranları və ölkənin vətəndaş cəmiyyəti ilə görüşü gözlənilir. O hesab edir ki, bu, “Rusiya təcavüzünə qalib gəlmək üçün ortaq öhdəliyi” vurğulayacaq.
Şayəstə Hüseynova