“Ukrayna qoşunları heç vaxt döyüş meydanında rus ordusunu məğlub edə bilməyəcək və qalan əraziləri itirməmək üçün Kiyev münaqişəni dondurmalıdır”. Elchi.az xəbər verir ki, bunu təqaüddə olan ABŞ hərbçisi Daniel Davis “19Fortyfive” üçün məqaləsində yazır.
O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri ağır itkilər verir. Ekspertin fikrincə, Ukrayna əks-hücumdan əvvəl malik olduğu potensialla müqayisə oluna bilməyəcək. “Kiyev sərt reallıqla barışmalıdır ki, indi ən ağlabatan kurs münaqişəni dondurmaq və ona son qoymaq üçün danışıqlara başlamaqdır”.
Bundan əvvəl politoloq Vasili Kaşin bildirib ki, Ukrayna hərbi komandanlığı bir sıra səhvlərə yol verib və onların seçdiyi taktika əks-hücumun uğursuzluğuna gətirib çıxarıb.
Havar Şəfiyeva