Elchi.az xəbər verir ki, bu dəfə ABŞ-dan Çinə qaçaq və saxta məhsul ittihamları gəlib.
Ticarət Nümayəndəliyinin hazırladığı hesabata görə, Çin dünyada qaçaqmal məhsulların ticarətində birinci yerdədir.
“Çin qaçaqmalçılıq və saxta malların ticarətində dünyada birinci yerdədir”.
İttiham ABŞ-dan gəlib. ABŞ Ticarət Nümayəndəliyi mövzu ilə bağlı ətraflı hesabat dərc edib.
Hesabata görə, ABŞ gömrüklərində ələ keçirilən qaçaqmal məhsulların 75 faizi Çindəndir.
Bildirilib ki, ən çox saxta məhsul ticarəti Çinin mesajlaşma tətbiqi Wechat-ın e-ticarət platformasında edilib.
Hesabatda; Həmçinin 39 onlayn və 33 fiziki iş yerinin qanunsuz və saxta məhsulların satışının həyata keçirildiyi bildirilib.
Ötən il ABŞ Çinin iki ən böyük elektron ticarət platformasını əqli mülkiyyət pozuntularına görə qara siyahıya salmışdı.
Çin bu qərarı məsuliyyətsiz adlandırıb və reaksiya verib.
Əqli mülkiyyət pozuntuları Çin və ABŞ arasında ən böyük ticarət mübahisələrindəndir.
Şayəstə