ABŞ-da qeyri-qanuni immiqrantlar üçün yeni açılan yardım mərkəzi bağlanır

47

Elchi.az xəbər verir ki, Nyu-Yorkun Randalls adasında təxminən 3 həftə əvvəl qeyri-qanuni mühacirlər üçün açılan mərkəzin bağlanacağı və içindəkilərin Manhettendəki bir otelə yerləşdiriləcəyi açıqlanıb.
Nyu York Şəhər Şurası sərhəd əyalətlərindən avtobusla gələn insanların axını yavaşladığı üçün Randalls adasındakı müvəqqəti humanitar mərkəzin gələn həftə bağlanılacağını və içəridəki immiqrantların Manhettendəki bir otelə köçürüləcəyini açıqladı.
Bəyanatda Bələdiyyə Başçısı Erik Adams da “Nyu Yorka gələn sığınacaq axtaranların şəfqət və qayğı ilə qarşılanmağa davam etdiyini, sığınacaq axtaranların qalacaqları yer, dəstəyə çıxışları və son mənzilləri ilə təmin ediləcəyini” ifadə edib.

Şayəstə