ABŞ-da nümayiş uçuşu həyata keçirən qırıcı təyyarə saytın dayanacağına çırpılıb. Düşməyə az qalmış paraşütlə tullanan iki pilot qəzadan xəsarətlə xilas olub.
Elchi.az xəbər verir ki, qəza ABŞ-ın Miçiqan ştatında nümayiş uçuşu zamanı baş verib.
Təyyarənin iki pilotu qəzaya az qalmış buraxılış sistemini işə sala bilib və paraşütlə eniş yerinə düşüb.
Yüngül xəsarət alan pilotlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Təyyarənin düşdüyü yerdən alov və tüstü qalxıb.
Şayəstə Hüseynova