Səudiyyə Ərəbistanının Ciddə Limanı İslam Gömrük məntəqəsində paxlava qutularına gizlədilmiş 2 milyon 242 min 560 ədəd “kaptaqon həbi” ələ keçirilib.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmi agentliyinin (SPA) məlumatına görə, Ciddə Limanında Zəkat, Vergi və Gömrük İdarəsinin verdiyi açıqlamada, paxlavaların altına gizlədilən plastik torbaların içərisində cəmi 2 milyon 242 min 560 narkotik həb aşkar edilib.
Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə koordinasiya nəticəsində sözügedən yükün alıcısı tutulub.
Gömrük idarəsi açıqlamasında ölkə iqtisadiyyatının və cəmiyyətinin qorunması üçün hər kəsi qaçaqmalçılıqla mübarizəyə dəstək olmağa çağırıb və belə hallarda müraciət edə biləcəkləri telefon nömrəsini və elektron poçt ünvanını paylaşıb.
Yükün haradan gəldiyi və tutulan 2 nəfər barədə məlumat verilməyib.
Şayəstə Hüseynova