Demokratik konqresmen Raşida Tlaib İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında hərbi münaqişəni davam etdirdiyi üçün “soyqırım manyakı” olduğunu bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Netanyahu ilə görüşən Konqresin hər bir üzvü hərbi cinayətkarı dəstəkləyir. Biz bunu heç vaxt unutmayacağıq”, – Tlaib deyib.
O əlavə edib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki münaqişəni maliyyələşdirməyi dayandırmalıdır, çünki bu yolla yalnız müharibə və soyqırımı dəstəkləyir.
Nuranə Məmmədova