ABŞ-ın Nyu-Cersi ştatında iki vertolyot havada toqquşub. Bir nəfər ölüb, biri yaralanıb.
Elchi.az xəbər verir ki, Nyu-Cersi ştatında iki vertolyot arasında havada toqquşmadan sonra polis qalıqların tapıldığı ərazini mühasirəyə alıb.
Hadisə yerində araşdırma başlatdı. Səlahiyyətlilər qəzada bir nəfərin öldüyünü, digərinin isə ağır yaralandığını açıqlayıblar.
ABŞ Federal Aviasiya Administrasiyasının açıqlamasında bildirilir ki, Nyu-Cersi ştatının Hammonton Bələdiyyə Hava Limanı yaxınlığında Enstrom F-28A vertolyotu və digər Enstrom 280C vertolyotu havada toqquşub. Hadisə ilə bağlı araşdırma davam edir.
Şayəstə





















