ABŞ-ın Florida ştatında helikopterin dənizə düşməsi nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.
Elchi.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi “X” sosial media platformasında paylaşdığı məlumatda bildirib ki, dünən Mayami yaxınlığındakı “Key Biscayne” ərazisində kiçik bir helikopter suya düşüb.
Məlumata görə, helikopterdə olan üç nəfərdən biri həyatını itirib, digər ikisi isə xəsarət alıb.
“Miami-Dade” Şerif Ofisi yaralı iki şəxsin xəstəxanaya yerləşdirildiyini və onların vəziyyətinin kritik, lakin stabil olduğunu açıqlayıb.
İlkin araşdırmaya əsasən, gəmiləri lentə almaq məqsədilə havaya qalxan “Robinson R44” markalı helikopter, uçuşdan təxminən yeddi dəqiqə sonra “Biscayne” körfəzinə düşüb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) qəza ilə bağlı araşdırmalara başlayıb.
Şayəstə





















