ABŞ Çini daha az məhsul istehsal etməyə çağırır

Reuters: ABŞ-ın maliyyə naziri Yellen malların həddindən artıq istehsalına görə Çini qınayıb. Elchi.az xəbər verir ki, Çin müəssisələri həddən artıq çox məhsul istehsal edir ki, bu da qlobal tarazlığı poza bilər, ABŞ-ın maliyyə naziri Janet Yellen deyib. Reuters-in məlumatına görə, Çinin sənaye mərkəzlərindən birinə, Quançjouya səfəri zamanı ABŞ Maliyyə Nazirliyinin rəhbəri Çinin özündə həddindən artıq istehsal və zəif tələbat səbəbindən Çinin elektrik avtomobilləri, akkumulyatorları, günəş panelləri və yarımkeçiricilərinin dünya bazarlarını doldurmasından şikayətlənib. O qeyd edib ki, malların qiymətləri aşağı düşür və digər ölkələrdə istehsalçılar təzyiq altındadır. Şayəstə Hüseynova