ABŞ Konqresinin Nümayəndələr Palatası borc limitini artırmaqla ölkənin defoltunun qarşısını alacaq qanun layihəsini qəbul edib.
Elchi.az xəbər verir ki, Ağ Evlə Respublikaçılar arasında uzun sürən danışıqlardan sonra razılaşdırılan qanun layihəsi Nümayəndələr Palatasında 117 əleyhinə 314 səslə qəbul edilib.
ABŞ prezidenti Co Bayden qanun layihəsi Nümayəndələr Palatasından keçdikdən sonra verdiyi yazılı açıqlamada, “Bu gecə Nümayəndələr Palatası ilk defoltun qarşısını almaq və ölkəmizin əziyyətlə qazanılan və tarixi iqtisadi bərpasını qorumaq üçün kritik bir addım atdı” deyib.
Sözügedən büdcə razılaşmasının hər iki tərəfin dəstəyini alan bir uzlaşma olduğunu ifadə edən Bayden, danışıqlar zamanı hər iki tərəfin istədikləri hər şeyi ala bilmədiyini qeyd edib.
“Mən Senatı qanun layihəsini mümkün qədər tez qəbul etməyə çağırıram ki, mən onu imzalaya bilim və ölkəmiz dünyanın ən güclü iqtisadiyyatını qurmağa davam edə bilsin”, – Bayden deyib.
Şayəstə Hüseynova