ABŞ Baydenə qarşı qanun layihəsi təqdim edəcək

74

ABŞ-ın hazırkı prezidenti Co Baydenin qanun layihəsi mayın 18-i baxılmaq üçün təqdim ediləcək. Elchi.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü və Respublikaçılar Partiyasının üzvü Marcori Teylor Green “Twitter”də video müraciətində qeyd edib.

“Mən bu gün 2021-ci il yanvarın 20-dən bu ölkəni sistematik şəkildə məhv etməyə çalışan Amerikanın baş icraçı direktoruna, ABŞ prezidenti Cozef Robinet Baydenə impiçment maddələri təqdim etmək niyyətimi bəyan edirəm”, – deyə konqresmen bildirib.

O, hazırkı prezidentin sərhədlərin mühafizəsi ilə bağlı konstitusiya öhdəliyini pozduğunu bildirib və Baydeni ABŞ-ın milli təhlükəsizliyinə birbaşa təhdid adlandırıb.

Havar Şəfiyeva