“30 il ərzində Ermənistan Azərbaycan arasında münaqişənin həllində diplomatik danışıqlar ona görə müsbət nəticə vermədi ki, hər üç həmsədr ermeni mövqeyindən çıxış edirdi. Hazırda Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında vasitəçiliyi ən uğurlu format sayıla bilər. Brüssel formatdan həm Bakı, həm də Yerevan razıdır”.
Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə Feysbuk hesabında bildirib:
“Azərbaycan və Ermənistan arasında Rusiya və ABŞ ayrı-ayrı formada vasitəçiliyi sülhə deyil, problemin qalmasına xidmət edir. Xüsusilə, ABŞ-ın 30 il ərzində mövqeyi demək olar ki, münaqişənin həllinə heç bir müsbət töhfə vermədi. Hazırda Brüsselin real vasitəçiyinin davam etdiyi bir prosesdə Vaşinqtonun Minsk qrupunun fəaliyyətini qabartması erməni lobbisinin təsirinin nəticəsidir. Məhz ABŞ-dan verilən açıqlamalar prosesin erməni mövqeyini əks etdirir.
Bundan sonra, ABŞ Azərbaycanla Ermənistan arasında real sülhə töhfə verə bilməz və vasitəçilik missiyası, yalnız münaqişənin körüklənməsinə xidmət edə bilər. Çünki, ABŞ siyasətində erməni lobbsinin təsiri var. Bu siyasət 30 il ərzində dəyişmək olmayıbsa, bundan sonra da dəyişilməyəcək. Azərbaycan artıq ABŞ -ın vasitəçilyini qəbul etməməli, prosesi Brüsselin iştirakı ilə aparmalıdır.
Vaşinqtonun regiona baxışında ciddi təzadlar var və bu bir çox məsələdə Azərbaycanın maraqlarına ziddir. Xüsusilə, Ermənistan Azərbaycan məsələsində ABŞ-ın mövqeyi sülhə deyil, etnik ermənilərin maraqları fonunda “status” məsləsinə fokuslanıb. Bu da erməni lobbisinin nə qədər Ağ Ev-də oturuşmasını göstərir. Eyni mövqeyi Fransa da ortaya qoyub. Hər iki dövlətin Cənubi Qafqaz siaysətini erməni lobbisi müəyyən etdiyindən hər iki paytaxtdan ədalətli mövqe sərginlənməyəcək.
Azərbaycan münaqişəni özü həll etdi və Ermənistanla sülhün əldə edilməsini özü reallaşdıracaq. Prezident İlham Əliyevin Cənubi Qafqaz siyasətinin təməlində məhz sülh və təhlükəsizliyin təmini durub”.
Şayəstə