ABŞ NATO-nun Avropadakı bazalarına təkmilləşdirilmiş B61-12 taktiki bombalarının yerləşdirilməsini sürətləndirməyə qərar verib.
Elchi.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti məlumat yayıb.
Məlumata görə, NATO-nun Brüsseldə keçirilən qapalı iclasında ABŞ rəsmiləri bombaların planlaşdırılan vaxtdan tez, yəni dekabrda çatdırılacağını bildirib. Ancaq ilkin plana görə, onların 2023-cü ilin yazında Avropaya yerləşdirilməsi nəzərdə tutulurdu.
Pentaqonun sözçüsü Patrik Rayder məsələ ilə bağlı nəşrə ABŞ-ın nüvə arsenalı məsələsini ətraflı müzakirə etmək niyyətində olmadığını bildirib:
“B61 proqramı çərçivəsində modernləşdirmə uzun illərdir ki, davam edir və köhnə silahlar daha müasir silahlarla əvəzlənir”.
Pentaqon hərbçiləri prosesin sürətləndirilməsinin Ukraynadakı hadisələrlə heç bir əlaqəsi olmadığını bildirib.
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?
ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. Elchi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü...





















Son şərhlər