Vaşinqton Avropada orta və qısa mənzilli raketləri yerləşdirərsə, Moskva “güzgü tədbirləri” görməyə hazırdır. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov deyib.
“Əsas nəticə ondan ibarətdir ki, Rusiyanın yerüstü “INF” raketlərinin yerləşdirilməsinə birtərəfli moratorium qoyması birbaşa ABŞ-ın bu sahədəki fəaliyyəti ilə bağlıdır. Rusiya rəhbərliyinin sözügedən moratorium elan edərkən istifadə etdiyi güzgü əks-tədbirlərimizin labüdlüyünə dair birmənalı mülahizələr başqa şərhlərə yer vermir”, – deyə diplomat izah edib.
Bundan əvvəl Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Konstantin Vorontsov BMT Baş Assambleyasının Birinci Komitəsinin iclasında bəyan edib ki, Rusiya ABŞ-ın Orta və Yaxın mənzilli Nüvə Qüvvələrinin qadağan etdiyi silahların yerləşdirilməsi üzrə hərəkətləri ilə bağlı potensial eskalasiyadan narahatdır.
Havar Şəfiyeva