"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Abdullah Gülə “Azərbaycanın dostu” qızıl ordeni təqdim olundu – FOTO

15 May 2018 - 17:05
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan XİN Yamaykanı təbrik etdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

Mayın 15-də Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gülə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim edilib.

AZƏRTAC xəbər verir ki, mükafatı İstanbul şəhərində “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Abdullah Gülə təqdim edib.

“Azərbaycanın dostu” qızıl ordeninə layiq görülməsindən məmnunluğunu bildirən Abdullah Gül jurnalın redaksiya şurasına və kollektivinə minnətdarlığını çatdırıb. “Azərbaycan hər zaman bizim qəlbimizdədir”, – deyən sabiq Prezident Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daim genişləndiyini diqqətə çatdırıb. O, ölkələrimiz arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin regionda əməkdaşlığa nümunə olmaqla yanaşı, dünyada sülhə və sabitliyə mühüm töhfə verdiyini bildirib. Abdullah Gül hər dəfə ölkəmizə səfər edəndə özünü doğma evində olduğu kimi hiss etdiyini vurğulayıb, Azərbaycanın son illərdə keçdiyi sürətli inkişaf yolundan, regionun güclü dövlətinə çevrilməsindən qürur duyduğunu söyləyib. Ölkələrimizin siyasi sahədəki əlaqələrinin ən yüksək səviyyədə olduğunu bəyan edən A.Gül Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin bütün türkdilli dövlətlər arasındakı münasibətlərə ciddi təsir göstərdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən qlobal enerji layihələri hər iki ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılması, habelə bölgədə sülhün və sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini diqqətə çatdıran baş redaktor Emil Nəsirli bu əlaqələrin bütün sahələri əhatə edərək əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. Qeyd olunub ki, həm ikitərəfli formatda, həm də regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli amilə çevrilib. Baş redaktor Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin önəminə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin “Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir” fikrini xatırladaraq ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. Bu il aprelin 12-də Türkiyənin İstanbul şəhərində keçirilən 21-ci Avrasiya İqtisadi Forumunda Abdullah Güllə görüşünü xatırladan E.Nəsirli onun həm ictimai-siyasi xadim, həm də tanınmış və nüfuzlu ziyalı, yüksək mədəniyyətə malik nəcib şəxsiyyət olduğunu bildirib.

Sonda Emil Nəsirli Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti Abdullah Gülü “Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının üzvləri və kollektivi adından “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülməsi münasibətilə bir daha təbrik edib.

Xatırladaq ki, 2007-ci ildə fəaliyyətə başlamış “Azərbaycanım” beynəlxalq jurnalı ölkəmiz haqqında obyektiv informasiyaları xaricdə təqdim etməklə yanaşı, məşhur həmyerlilərimiz, Azərbaycan diasporunun görkəmli nümayəndələri, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, həmçinin tanınmış şəxsiyyətlər, eləcə də ölkəmizi sevən bütün ziyalılar, iş adamları, siyasətçilər və digər sahədə çalışan insanlar haqqında məlumatlar verir. Redaksiya kollektivinin təşəbbüsü ilə ölkəmizin milli mənafe və maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və dünya azərbaycanlılarının bir-birinə daha yaxından tanıtdırılması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilir.

Previous Post

Abdullah Gülə “Azərbaycanın dostu” qızıl ordeni təqdim olundu – FOTO

Next Post

Sabah 30 dərəcə isti olacaq – Proqnoz

Bənzər yazılar

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

07 Avqust 2026 - 14:29

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev...

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Yamaykanı təbrik etdi

06 Avqust 2026 - 18:50

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yamaykanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial...

Azərbaycan Venesuelaya başsağlığı verdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

06 Avqust 2026 - 18:41

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial...

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust 2026 - 17:57

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mətbuata açıqlama ilə çıxış edib. O, Demokrat.az-a açıqlamasında...

Next Post
Sabah 30 dərəcə isti olacaq – Proqnoz

Sabah 30 dərəcə isti olacaq - Proqnoz

Sabah 30 dərəcə isti olacaq – Proqnoz

Sabah 30 dərəcə isti olacaq - Proqnoz

Son xəbərlər

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.