Avropa İttifaqının (Aİ) təhlükəsiz və möhkəm rabitə infrastrukturu yaratmasını təmin etmək üçün yeni peyk sisteminin yaradılması ilə bağlı Aİ qurumları arasında razılıq əldə olunub.
Elchi.az xəbər verir ki, Avropa Parlamenti və Aİ-yə üzv dövlətlər 2,4 milyard avro büdcə ilə 2023-2027-ci illər üçün Təhlükəsiz Bağlantı Proqramı ilə bağlı razılığa gəliblər. Proqram Aİ-nin “İRİS” adlı peyk sisteminin yaradılmasını nəzərdə tutur.
Sistemlə AB ölkələri və dövlətlərinin iqtisadiyyatlarının təhlükəsiz, sürətli və davamlı rabitə ehtiyaclarını qarşılamaq, digər ölkələrdən asılılıqdan xilas olmaq hədəflənir.
Peyk əsaslı əlaqə həm də Aİ ölkələrinin silahlı qüvvələrini yüksək təhlükəsizliklə rabitə ilə təmin etmək üçün nəzərdə tutulub.
İRİS peyk sisteminin Avropa kosmik sənayesinin bilik və təcrübəsi ilə qurulması və şimal-cənub orbiti ilə bütün Afrika ilə yanaşı, bütün Avropanı əhatə etməsi planlaşdırılır.
Aİ-nin yeni peyk sistemi suveren, muxtar və təhlükəsiz əlaqə infrastrukturunun yaradılması səylərinin bir hissəsi kimi gündəmdə idi.
Sistemin qurulması üçün tələb olunan hüquqi mətnlərin yekunlaşacağı və tender spesifikasiyalarının hazırlanacağı gözlənilir.
Şayəstə