AB Gürcüstana 9.2 milyon avro ayırır

53

Avropa Komissiyası Gürcüstanda vətəndaş cəmiyyətinin potensialının artırılmasına 9,2 milyon avro qrant ayırır.

Elchi.az xəbər verir ki, bu barədə qurumun yaydığı sənəddə qeyd olunub.

Bildirilib ki, bu təşəbbüs digər məsələlərlə yanaşı, ədalətli seçkilərin keçirilməsini dəstəkləməli və ölkənin Avropa Birliyinə inteqrasiyasını təşviq etməlidir.