"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

AB Donbasda və Liqanskda keçirilən “seçki”ni tanımadı

02 Noyabr 2014 - 18:35
in SİYASƏT
FacebookVatsap

Qərbin legitim saymayacağı seçki Ukraynadan yeni torpaqlar alacaqmı?img1669458

Bunu da oxuyun

Milli Məclisinin Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Avropa Birliyi noyabrın 2-də Donbas və Luqansk “xalq respublikaları”nda keçirilən seçkiləri tanımır. Bu haqda Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri Elmar Brok bəyanatla çıxış edib.

E.Brok bildirib ki, Avropa Birliyi Ukrayna qanunlarının pozulması ilə müşayiət olunan saxta seçkini beynəlxalq hüquq prinsiplərinə zidd sayır: “Bu seçkilər legitim sayıla bilməz. Həmin ərazilər Ukraynanındır və orada Ukrayna qanunları işləməlidir. Bundan başqa, bu saxta seçkilər Minsk Protokolunun mahiyyətinə ziddir və birmənalı olaraq Donbas və digər vilayətlərdəki münaqişələrin nizamlanması üzrə sülh danışıqları prosesinin pozulmasına xidmət edir”.
Ağ Ev də separatçıların keçirdiyi seçkinin legitim sayılmadığı haqqında açıqlama yayıb. Rəsmi Vaşinqton bildirib ki, bu addım bölgənin təhlükəsizliyini ciddi təhdid altına qoyur.
Ukrayna prezidenti Petro Poroşenko isə separatçıların “seçki” keçirmək cəhdləri haqqında sonuncu dəfə oktyabrın 28-də danışıb. Ukrayna prezidenti bir daha bölgədəki proseslər üçün Kremlin məsuliyyət daşıdığını, Ukraynanın ərazi bütövlüyünü pozmaq istəyənlərə layiqli cavab veriləcəyini deyib.
Separatçılar isə axşam saatlarına doğru “seçkilər”in baş tutduğunu, “xalq respublikaları”na “rəhbər” və “deputatlar”ın seçildiyini, bir neçə ay davam edən hakimiyyətsizlikdən sonra “legitim hakimiyyət” formalaşdırıldığını elan ediblər.
2014-cü ilin martında Rusiya Krımı işğal edəndən sonra Donbasda sabitlik pozulub. Rusiya xüsusi xidmət orqanlarının yaratdığı təxribatçı qruplar vilayətdə ruslar və ukraynalılar arasında süni qarşıdurma yaratmaqla, qısa zamanda bölgənin təhlükəsizliyi üçün ciddi problemlər yaratdılar. Təxribatçı qrupların rus əhaliyə basqınlarından sonra Rusiya qoşunları əraziyə daxil oldu. Kreml bir müddət qoşunlarının Ukrayna ərazisində olduğunu etiraf etmək istəməsə də, sonda “biz soydaşlarımızın təhlükəsizliyi üçün oradayıq” tipli açıqlamalar verildi. Rusiyanın ərazidə ardıcıl pozuculuq planları həyata keçirməsi cəmi bir neçə həftəyə vilayətin Kiyevin nəzarətindən tamamilə çıxması ilə sonuclandı. Hökumət binalarına yerləşən separatçılar “xalq respublikaları” elan etdilər, hökumət binaların yerləşərək yerli “özünüidarə orqanları” yaratdılar. Elə ilk gündən bəlli idi ki, Kreml Krım kimi bu əraziləri də Ukraynadan qoparmaq üçün saxta seçki yoluna əl atacaq.
Ancaq Krım yarımadasından fərqli olaraq Donbas və Luqanskda seçkiləri qısa zamanda keçirə bilmədi. Ərazi bütövlüyünü təmin etmək üçün Kiyev genişmiqyaslı antiterror əməliyyatlarına başladı. Bir neçə aydır davam edən əməliyyatlarda üstünlük dəfələrlə dəyişib. Əraziyə nəzarət hələlik Rusiyanın açıq dəstək verdiyi separatçılarda qalsa da, Ukrayna onların Kiyevdəki əlaltılarını təmizləyə bilib – Yanukoviç hakimiyyəti dönəmində ordu, polis, prokurorluq sistemlərində kök salan rusiyapərəstlər uzaqlaşdırılıb. Rusiyanın Ukraynadakı əsas dayağı Kommunist Partiyasının fəaliyyəti qadağan olunub, partiyanın son illərdəki fəaliyyəti ilə bağlı Ukrayna Baş Prokurorluğunda cinayət işi açılıb. Ali Radaya oktyabrın 26-da keçirilən
növbədənkənar seçki isə rusiyapərəstlərin Ukrayna siyasi səhnəsindən tamamilə sıxışdırılmasına imkan verib.
Analitiklər bildirir ki, Rusiyanın “Donbas sevgisi” Kreml rəsmilərinin təqdim etdiyi humanist prinsiplərlə qətiyyən bağlı deyil. Moskva sadəcə Ukraynanın güclü sənaye potensialı olan hissəsini ələ keçirməyə çalışır. Onu da vurğulayaq ki, enerji ekspertləri bu torpaqlarda zəngin təbii qaz yataqlarının olduğunu açıqlayıb. Necə deyirlər, bir sıra münaqişəli ərazilərdə olduğu kimi, Ukraynanın şərqində də Kreml enerji qaynaqları üzərində tam nəzarət imkanı qazanmaq iştahındadır.
Qərb Kremlin işğalçı siyasətinə qarşı səfərbər olaraq, Rusiyanı iqtisadi cəhətdən zəiflətməklə məqsədindən geri çəkilməyə məcbur etmək istəyir. Münaqişə başlayandan Rusiya iqtisadiyyatına milyardlarla ziyan dəyib, rubl tarixi boyu ən aşağı həddinə enib. Ancaq Putin hələ də dirəniş göstərir. Rusiya analitikləri iddia edir ki, Qərbin səylərinə baxmayaraq Ukrayna həmin əraziləri saxlaya bilməyəcək, Kiyev gec-tez şərq vilayətlərinə geniş muxtariyyət vermək məcburiyyəti qarşısında qalacaq. Bu isə faktiki olaraq həmin torpaqların Rusiyaya birləşdirilməsi anlamına gəlir. Çünki 2 noyabr “seçkiləri”nin ardından ərazinin Rusiyaya birləşdirilməsi üçün “referendum” keçiriləcəyi gün kimi aydındır. Krım təcrübəsi belə deyir.
Seçki gününün axşamı – noyabrın 1-də Rusiyanın Donetsk və Luqanska beşinci dəfə “humanitar yardım” karvanı göndəriləcəyi haqqında xəbərlər yayılıb. NATO-dakı qaynaqlara istinadən Ukrayna xəbər agentliklərinin yaydığı informasiyanı Moskvada da təsdiq ediblər.
Son ayların praktikası həm də onu göstərir ki, Rusiyanın “humanitar yardım” karvanı Ukrayna ərazisinə daxil olandan sonra tərəflər arasında şiddətli və qanlı döyüşlər gedir.
Yaşananlar Rusiyanın Minsk razılaşmasını pozmaq üçün ciddi səy göstərdiyini ortaya qoyur. Yada salaq ki, həmin razılaşmaya görə, separatçılar yalnız Ukrayna qanunvericiliyi əsasında seçki keçirmək öhdəliyi götürmüşdülər.
Ukraynada separatçıların keçirdiyi “seçkinin” heç bir qanuni əsası olmadığından və rəsmi Kiyev buna qarşı çıxdığından bölgədə vəziyyət bir az daha mürəkkəbləşəcək. Onsuz da Kiyev şərq bölgələrinə kifayət qədər səlahiyyət verəcəyinə söz verib. Bu həm özünüidarəetmə, həm də müəyyən çərçivələr daxilində yerli qanunverici fəaliyyətin formalaşması demək idi. Bu məqsədlə dekabr ayında həmin şərq bölgələrində seçki keçirilə bilərdi və bu seçkinin nəticəsi Kiyev tərəfindən də tanınacaqdı. Ancaq separatçılar buna getməyərək Minsk sazişini pozmuş oldular. Çünki dekabrda keçirilməsi planlaşdırılan seçki Ukraynanın ərazi bütövlüyünü ehtiva edirdi, indiki seçki isə “müstəqilliyə” aparan yoldur. Separatçılar artıq qərarlarını veriblər. Keçmiş SSRİ məkanındakı digər separatçılar kimi onlar da özləri üçün “müstəqillikdən” başqa alternativ görmürlər. Demək, Ukraynada qarşıdurma bundan sonra da davam edəcək.
Prosesi “Yeni Müsavat”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin  rəhbəri Elxan Şahinoğlu da bildirir ki, separatçıların nəzarət etdiyi ərazilərdə “seçki” keçirmələri hər nə qədər qanundan kənar olsa da, Kiyevin güc yolu ilə müdaxiləsi prosesi daha çətin duruma sürükləyəcək: “Aydındır ki, Kiyev şərq bölgələrinə geniş status verməyə söz verib. Bu həm özünüidarəetmə, həm də müəyyən çərçivələr daxilində yerli qanunverici fəaliyyətin formalaşması demək idi. Bu məqsədlə dekabr ayında həmin şərq bölgələrində seçki keçirilə bilərdi və bu seçkinin nəticəsi Kiyev tərəfindən də tanınacaqdı. Ancaq separatçılar buna getməyərək Minsk sazişini pozmuş oldular. Çünki dekabrda keçirilməsi planlaşdırılan seçki Ukraynanın ərazi bütövlüyünü ehtiva edirdi, indiki seçki isə “müstəqilliyə” aparan yoldur. Separatçılar artıq qərarlarını veriblər. Keçmiş SSRİ məkanındakı digər separatçılar kimi, onlar da özləri üçün “müstəqillikdən” başqa alternativ görmürlər. Demək, Ukraynada qarşıdurma bundan sonra da davam edəcək.
Elxan Şahinoğlu da düşünür ki, separatçıların 2 noyabr “seçkisi” planın birinci hissəsidir: “İkinci hissədə Rusiyanın bu “seçkinin” nəticələrini tanıması gəlir. Bu isə o deməkdir ki, Rusiya prezidenti Vladimir Putin Qərblə münasibətləri növbəti dəfə gərginləşdirmək yolunu tutub. Çünki Rusiya separatçıların “seçki” nəticələrini tanıyacağı halda Qərb nəinki Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yumşaldacaq, əksinə, Kremlə qarşı yeni sanksiyalar müzakirəyə çıxarılacaq. Kreml heç bununla da kifayətlənən deyil. Bir müddət keçəcək, Kreml guya “separatçı parlamentin istəyi” əsasında Donetsk və Luqansk vilayətlərinin Rusiyaya birləşdirilməsi mövzusunu gündəmə gətirəcək. Necə ki, Krımı işğal etdilər, eləcə də Donbası Rusiyaya birləşdirmək planını işə salacaqlar”.
Aygün Muradxanlı

 

Previous Post

AB Donbasda və Liqanskda keçirilən “seçki”ni tanımadı

Next Post

“Akademik Ramiz Mehdiyevin çıxışı milli maraqlara xidmət edir”

Bənzər yazılar

Milli Məclisinin Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

Milli Məclisinin Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

22 Oktyabr 2026 - 12:19

Milli Məclisinin Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib. Bu barədə Elchi.az-a Milli Məclisin Mətbuat...

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

22 Oktyabr 2026 - 11:17

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib. Elchi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb....

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, telefon...

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03

Bu gün Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən "Türkmənistanın Neft və Qazı – 2026" (OGT-2026) adlı beynəlxalq konfrans və sərgidə iştirak...

Next Post

“Akademik Ramiz Mehdiyevin çıxışı milli maraqlara xidmət edir”

“Akademik Ramiz Mehdiyevin çıxışı milli maraqlara xidmət edir”

Son xəbərlər

Azərbaycanda sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək

Azərbaycanda sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək

22 Oktyabr 2026 - 13:43
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib

Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib

22 Oktyabr 2026 - 13:30
Azərbaycanda bu kənd köçürülür – Hazırlıqlar başladı

Azərbaycanda bu kənd köçürülür – Hazırlıqlar başladı

22 Oktyabr 2026 - 13:16
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” dəyişib

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” dəyişib

22 Oktyabr 2026 - 13:08
NATO Ukraynaya daha ucuz silah əldə etməyə icazə verəcək

NATO Ukraynaya daha ucuz silah əldə etməyə icazə verəcək

22 Oktyabr 2026 - 13:00
MKA: Hazırda milyonlarla veb-sayt təhlükə altındadır – XƏBƏRDARLIQ

MKA: Hazırda milyonlarla veb-sayt təhlükə altındadır – XƏBƏRDARLIQ

22 Oktyabr 2026 - 12:51
Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

22 Oktyabr 2026 - 12:42
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

22 Oktyabr 2026 - 12:30
Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

22 Oktyabr 2026 - 12:25
Milli Məclisinin Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

Milli Məclisinin Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

22 Oktyabr 2026 - 12:19
Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

22 Oktyabr 2026 - 12:13
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur

22 Oktyabr 2026 - 12:07
“Qalatasaray”ın futbolçusu İkardinin nailiyyətini təkrarladı

“Qalatasaray”ın futbolçusu İkardinin nailiyyətini təkrarladı

22 Oktyabr 2026 - 11:54
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

22 Oktyabr 2026 - 11:43
Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək

Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək

22 Oktyabr 2026 - 11:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.