Avropa Birliyi Ukrayna hadisələrinə görə Rusiyaya qarşı hazırlanmış “qara siyahı”ya daha 8 nəfər və 3 kampaniya daxil edib.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda Krım və Sevastopolda nəqliyyat, telekommunikasiya, energetika, eləcə də neft, qaz, mineral ehtiyatlar sahəsində yeni investisiyaların qoyulmasına qarşı məhdudlaşdırıcı tədbirlərin qəbul olunduğu da qeyd edilib.
Ümumilikdə isə Ukrayna hadisələrinə görə sanksiyaların tətbiq ediləcəyi “qara siyahı”ya 95 nəfər və 23 hüquqi şəxs daxildir.