"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycan mətbuatından oğurlanan pullar

02 Noyabr 2026 - 13:51
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycanda mətbuat ciddi maliyyə çətinlikləri ilə üzləşməyə başlayıb və bunun əsas səbəblərindən biri qlobal İT nəhəngləridir.

Bunu da oxuyun

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

Sədərəkdə kompleks mülki müdafiə təlimi keçirilib

Ağdaş, Yevlax və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

Elchi.az Trend-ə istinadla xəbər verir ki,”Facebook”, “Instagram”, “TikTok”, “X”, “YouTube” və “Google” Azərbaycanda reklam bazarının demək olar ki, bütününü ələ keçirib. Bu platformalar texniki imkanları sayəsində reklam qiymətlərini aşağı səviyyədə saxlayır və bununla da Azərbaycan mediasını reklamverənlərdən məhrum edir. Bununla yanaşı, qlobal İT nəhəngləri Azərbaycan mediasının məzmunundan icazəsiz istifadə edir, lakin bunun müqabilində heç bir ödəniş etmirlər.

Bu problem təkcə Azərbaycana deyil, bütün dünyaya xasdır. Məsələn, Kanadada “Google” və “Meta” birlikdə ümumi reklam bazarının təxminən 80 faizinə nəzarət edir. Kolumbiya Universitetinin tədqiqatçıları texnologiya nəhənglərinin xəbər jurnalistikasına ədalətli şərtlərlə nə qədər vəsait ödəməli olduğunu hesablayıblar. Onların qiymətləndirməsinə görə, təkcə ABŞ-də “Google” və “Meta” Amerika nəşriyyatlarına ildə 11,9-13,9 milyard dollar ödəməlidir. Bu, şirkətlərin hazırda ödədiyi məbləğdən xeyli çoxdur. Avstraliya, Kanada və Avropada da eyni səbəblərdən media orqanları fəaliyyətini dayandırır və əməkdaşlarının sayını azaldır.

Lakin bəzi ölkələrdə artıq mövcud vəziyyətdən çıxış yolu tapılıb. 2019-cu ildə Avropa İttifaqı nəşriyyatlar üçün, belə deyək, həmhüdud hüquqlar tətbiq edib. Bu hüquqlara əsasən, platforma nəşriyyatların materiallarından istifadə edirsə, bunun müqabilində ödəniş etməlidir. Bu normanı ilk dəfə Fransa tətbiq edib və “Google” Fransa nəşriyyatlarının alyansı ilə müqavilə imzalamaq məcburiyyətində qalıb. Şirkət məsuliyyətdən yayınmağa çalışıb və Fransa hakimiyyəti onu cərimələyib. Belə ki, 2021-ci ildə mətbuatla nadürüst danışıqlar apardığına görə 500 milyon avro, 2024-cü ilin martında isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə daha 250 milyon avro cərimə tətbiq edilib.

Avstraliya 2021-ci ildə platformaların media qurumları ilə danışıqlar aparmasını məcburi edən məcəllə qəbul edib. Nəticədə “Google” və “Meta” ildə 200-250 milyon Avstraliya dolları məbləğində ödənişi nəzərdə tutan 30-dan çox müqavilə imzalayıb. Hazırda Avstraliya daha irəli gedərək ödəniş etməkdən imtina edən platformalara xüsusi rüsum tətbiq edir. Kanada isə 2023-cü ildə onlayn xəbərlər haqqında qanun qəbul edib. İndi “Google” Kanada mediasına hər il 100 milyon Kanada dolları ödəyir.

Azərbaycan mediasının da hərəkətə keçməsinin vaxtıdır. Fransa təcrübəsindən çıxarılan əsas dərs budur ki, nəşriyyatlar ayrı-ayrılıqda mübarizə apardıqda uduzurlar. Fransada “Google” ilə danışıqlar zamanı müstəqil nəşrlər şirkətin onların parçalanmış mövqeyindən istifadə etdiyini açıq şəkildə etiraf ediblər. Nəticədə 2024-cü ildə Polşa, Bolqarıstan, Çexiya və Macarıstan da daxil olmaqla, 13 Avropa ölkəsindən 32 media qrupu birləşərək “Google”a qarşı 2,1 milyard avroluq iddia qaldırıb və işi Amsterdam məhkəməsinə təqdim edib. Bu, hətta kiçik ölkələrin mediasının da xarici məhkəmələrdə öz hüquqlarını birgə müdafiə edə biləcəyini göstərir.

Azərbaycan mediasının, Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin və jurnalistlərin peşəkar birliklərinin birgə fəaliyyətə başlamasının vaxtı çatıb. Bunun üçün ilk növbədə dəymiş real zərər hesablanmalı, nəşriyyatların hüquqlarının qanunvericiliklə təsbit edilməsinə nail olunmalı, platformalarla kollektiv danışıqlar aparılmalı və zərurət yaranarsa, o cümlədən xarici ölkələrin məhkəmələrinə müraciət edilməlidir. Əgər qlobal texnologiya nəhəngləri digər ölkələrdəki nəşriyyatlara ödəniş edirlərsə, Azərbaycan jurnalistikasının da onların gəlirlərini bundan sonra təmənnasız şəkildə artırmağa davam etməsi üçün heç bir əsas yoxdur.

Previous Post

Noyabrda 11 gün iş olmayacaq

Next Post

Kreml ABŞ seçkilərinə münasibət bildirib

Bənzər yazılar

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

03 Noyabr 2026 - 11:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 91 uşaq himayədar ailəyə verilib. Nazirlikdən Elchi.az-a...

Sədərəkdə kompleks mülki müdafiə təlimi keçirilib

Sədərəkdə kompleks mülki müdafiə təlimi keçirilib

03 Noyabr 2026 - 10:46

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda kompleks mülki müdafiə təlimi...

Ağdaş, Yevlax və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

Ağdaş, Yevlax və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

03 Noyabr 2026 - 10:21

Noyabrın 3-də Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir işləri aparılacaq. “Azərişıq” ASC-dən Elchi.az-a bildirilib ki, Ağdaşda...

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər. Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, noyabrın 2-də uzun illər prokurorluq orqanlarında qulluq...

Next Post
Kreml ABŞ seçkilərinə münasibət bildirib

Kreml ABŞ seçkilərinə münasibət bildirib

Qaytarıla bilməyən kreditlər bağlanacaq

Qaytarıla bilməyən kreditlər bağlanacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul edəcək

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul edəcək

03 Noyabr 2026 - 17:34
Polşanın iki hava limanında bomba xəbərdarlığı

Polşanın iki hava limanında bomba xəbərdarlığı

03 Noyabr 2026 - 17:26
ABŞ-da həlledici gün: Aralıq seçkilərdə səsvermə başlayır

ABŞ-da həlledici gün: Aralıq seçkilərdə səsvermə başlayır

03 Noyabr 2026 - 17:12
“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

03 Noyabr 2026 - 17:09
NATO nümayəndələri Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün Brüsseldə müttəfiqlərlə görüşəcəklər

NATO nümayəndələri Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün Brüsseldə müttəfiqlərlə görüşəcəklər

03 Noyabr 2026 - 16:57
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

03 Noyabr 2026 - 16:40
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

03 Noyabr 2026 - 16:31
ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

03 Noyabr 2026 - 16:25
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO

03 Noyabr 2026 - 16:12
Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

03 Noyabr 2026 - 12:29
Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

03 Noyabr 2026 - 12:20
Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

03 Noyabr 2026 - 12:04
Çin qlobal kibertəhlükəsizlik sahəsində əməkdaşlığa çağırıb

Çin qlobal kibertəhlükəsizlik sahəsində əməkdaşlığa çağırıb

03 Noyabr 2026 - 11:57
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

03 Noyabr 2026 - 11:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.