Niderlandın Eyndhoven şəhərinin hava limanında ehtimal ki, İkinci Dünya müharibəsi dövründən qalmış iki partlayıcı cisim aşkarlanıb.
Elchi.az xəbər verir ki, “NOS” telekanalının Niderland Krallıq Hərbi Polisinə istinadən verdiyi məlumata görə, təhlükəli əşyalar gələn ilin əvvəlində başlaması planlaşdırılan hava limanının miqyaslı yenidən qurulmasına hazırlıq işləri zamanı tapılıb.
Aşkarlanan cisimlərdən birinin minaatan mərmisi olduğu üzə çıxıb, ikincisinin növü isə hələ ki müəyyən edilməyib.
Döyüş sursatlarının zərərsizləşdirilməsi ilə Niderland Müdafiə Nazirliyinin mütəxəssisləri məşğul olacaqlar.
Qeyd olunur ki, təhlükəli cisimlərin tapılması hava limanının işinə təsir göstərməyib.
Məryəm




















