"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

TKTA Hesablama Palatasının auditinin nəticələri ilə bağlı məsələyə aydınlıq gətirib

26 Oktyabr 2026 - 16:55
in CƏMİYYƏT
FacebookVatsap

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Hesablama Palatasının apardığı auditin nəticələrinin mediada işıqlandırılması ilə bağlı açıqlama yayıb.

Bunu da oxuyun

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Elchi.az xəbər verir ki, Agentlik açıqlamasında audit nəticələrinin bəzi hallarda məzmun və kontekstdən kənar təqdim edildiyini bildirib.

Açıqlamada qeyd olunub ki, 23 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2023–2025-ci illər üzrə fəaliyyətinin təşkilinin səmərəliliyinin və icrasının nəticəliliyinin qiymətləndirilməsinə dair səmərəlilik (performans) auditinin nəticələri ilə bağlı rəsmi məlumat dərc edilib.

Vurğulanıb ki, həmin məlumatın mediada işıqlandırılması zamanı bəzi hallarda faktların məzmun və kontekstdən kənar təqdim edildiyi, xüsusilə xarici kvalifikasiyaların tanınması prosesi ilə bağlı ictimaiyyətdə yanlış təsəvvür yarada biləcək başlıqlardan istifadə olunduğu müşahidə edilir.

Bununla əlaqədar Agentlik bildirib ki, bəzi media resurslarında yayımlanan “TKTA-da saxta diplomlar aşkarlandı” məzmunlu başlıqlar Hesablama Palatasının rəsmi məlumatında əksini tapan faktların mahiyyətini düzgün ifadə etmir.

“Belə ki, rəsmi məlumatda xarici kvalifikasiyaların tanınması zamanı təqdim edilmiş sənədlərin həqiqiliyinin yoxlanılması, saxta sənədlərin müəyyən edilməsi və bu hallarla bağlı TKTA-nın həyata keçirdiyi tədbirlər qeyd edilmişdir. Bu baxımdan, vətəndaşlar tərəfindən təqdim olunan saxta sənədlərin müəyyən edilməsi ilə həmin sənədlərin TKTA-nın öz fəaliyyəti nəticəsində aşkar olunması arasındakı fərqin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır.

Qeyd edirik ki, TKTA xarici kvalifikasiyaların tanınması sahəsində fəaliyyətini qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, kvalifikasiyaya dair sənədin autentik, yəni həqiqi olması tanınma üçün nəzərə alınan şərtlərdən biridir. İnzibati icraatın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə TKTA tərəfindən ərizəçilərin təqdim etdikləri sənədlərin həqiqiliyinin müəyyənləşdirilməsi üçün müvafiq xarici ali təhsil müəssisələrinə sorğular göndərilir. Əldə olunan məlumatlar, eləcə də daxil olmuş rəsmi cavablar əsasında təqdim edilmiş sənədlərin autentik olmadığı müəyyən edildikdə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilir.

Bu xüsusda, TKTA-nın Nizamnaməsinin 3.1.10-cu yarımbəndinə uyğun olaraq, TKTA-nın fəaliyyət sahəsində inzibati xəta əlamətləri aşkar edildikdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verilməsi təmin edilir. Bu çərçivədə saxta diplomlar və digər təhsil sənədləri ilə bağlı müəyyən edilmiş hallar ümumiləşdirilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim olunur.

Eyni zamanda, audit nəticələrinin maliyyə fəaliyyəti ilə bağlı hissəsinin mediada işıqlandırılması zamanı da hesabatda əksini tapan məqamların mahiyyətinin və ümumi kontekstin qorunması mühüm əhəmiyyət kəsb edir. Hesabatda maliyyə idarəçiliyi, dövlət satınalmaları, müqavilələrə nəzarət, uçot və hesabatlılıq, eləcə də gəlir və xərclərin nisbəti ilə bağlı məsələlərə toxunulmuşdur. Hesab edirik ki, bu məsələlərin hesabatda əks olunduğu məzmun və çərçivədə təqdim edilməsi, onların mahiyyətinin əlavə şərh və ümumiləşdirmələrlə dəyişdirilməməsi ictimaiyyətin düzgün məlumatlandırılması baxımından vacibdir. Habelə, audit nəticələrinin ayrı-ayrı məqamlarının ümumi kontekstdən kənar təqdim edilməsi qurumun fəaliyyəti barədə birtərəfli təsəvvürün formalaşmasına səbəb ola bilər. Bu səbəbdən audit hesabatlarında əks olunan məlumatların işıqlandırılması zamanı faktların dəqiq ifadə olunması və onların məzmununa uyğun şərh edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, TKTA öz fəaliyyət istiqamətləri üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, prosedurların səmərəliliyinin artırılması və keyfiyyət təminatı mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində təşəbbüslərini qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində davam etdirir.

TKTA rəsmi məlumatların dəqiq, obyektiv və kontekstə uyğun təqdim edilməsini, ictimaiyyətin etibarlı məlumatlarla təmin olunmasını vacib hesab edir. Media nümayəndələrini audit nəticələrini işıqlandırarkən hesabatın məzmununa və faktların mahiyyətinə əsaslanmağa, peşəkar jurnalistika prinsiplərinə riayət etməyə və məlumatların düzgün anlaşılmasına xidmət edən yanaşma nümayiş etdirməyə dəvət edirik”, – deyə Agentliyin açıqlamasında bildirilib.

Previous Post

QHT-lər üçün qrant müsabiqəsi elan edilib

Next Post

Ər-Riyad regional böhranın tərəflərini danışıqlara çağırıb

Bənzər yazılar

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

29 Oktyabr 2026 - 13:30

Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Elchi.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 4 saylı...

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

29 Oktyabr 2026 - 13:08

Vəzifəli şəxslərin sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmasına, eləcə də əlavə ödənişli vəzifə tutmasına məhdudiyyət qoyulması təklif edilir. Elchi.az...

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Abituriyentlər 3 fəndən imtahan verə bilər

29 Oktyabr 2026 - 12:42

Qəbul imtahanlarında dəyişikliklərin edilməsi, yeni fənlərin əlavə olunması və ya mövcud imtahan formatının yenilənməsi təhsil ictimaiyyətinin, şagirdlərin və valideynlərin diqqət...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

29 Oktyabr 2026 - 12:30

Sabah hava necə olacaq? Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və...

Next Post
Ər-Riyad regional böhranın tərəflərini danışıqlara çağırıb

Ər-Riyad regional böhranın tərəflərini danışıqlara çağırıb

Niderland tropik meşələrin mühafizəsi üçün 500 milyon dollar ayıracaq

Niderland tropik meşələrin mühafizəsi üçün 500 milyon dollar ayıracaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

29 Oktyabr 2026 - 13:30
Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27
“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

29 Oktyabr 2026 - 13:17
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

29 Oktyabr 2026 - 13:16
Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

29 Oktyabr 2026 - 13:08
Kiyevlə Mask arasında “Starlink” gərginliyi: Nələr baş verir?

Kiyevlə Mask arasında “Starlink” gərginliyi: Nələr baş verir?

29 Oktyabr 2026 - 13:00
Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

29 Oktyabr 2026 - 12:53
Abituriyentlər 3 fəndən imtahan verə bilər

Abituriyentlər 3 fəndən imtahan verə bilər

29 Oktyabr 2026 - 12:42
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

29 Oktyabr 2026 - 12:30
156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

29 Oktyabr 2026 - 12:05
Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

29 Oktyabr 2026 - 11:58
Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

29 Oktyabr 2026 - 11:46
Polşa Ukraynaya iki “MiQ-29” qırıcısı təhvil verəcək

Polşa Ukraynaya iki “MiQ-29” qırıcısı təhvil verəcək

29 Oktyabr 2026 - 11:40
9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

29 Oktyabr 2026 - 11:34
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

29 Oktyabr 2026 - 11:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.