"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

İlon Mask uçan Tesla-nı təqdim etdi

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, xaricdən YouTube üzərindən yayımlanan internet tv-lərdən birində “diqqətimiz necə oğurlanır” başlığı altında yayımlanan verilişdə iddia olunurdu ki, hökumət insanların həyatını çətinləşdirən problemlərin ictimai müzakirəsinin qarşısını almaq üçün kütləvi informasiya vasitələrində əhəmiyyətsiz və ikinci dərəcəli məsələlərin geniş işıqlandırılmasını təmin edir. Bununla da onların diqqətini özləri üçün vacib olan məslələrdən yayındırır. Bu məsələ ilə bağlı fikirləriniz maraqlı olardı…

– Əvvəla, insanların həyatına birbaşa təsir edən iqtisadi, iş yerlərinin açılması, demoqrafik vəziyyət, səhiyyə, təhsil, bahalaşma, vətəndaşların sosial təminatı, nəqliyyat infrastrukturundakı mövcud problemlər, qanunçuluğun vəziyyəti və s. çoxsaylı məsələlər mediada daima müzakirə olunur. Bu müzakirələrin həcmi barədə danışmaq olar. Əlbəttə, istənilən hökumət çalışır ki, ictimai rəy siyasi təzyiqə çevrilməsin. Hər bir hökumət onun da fərqindədir ki, problemlərdən diqqəti yayındırmaq vəziyyətdən çıxış yolu deyil. Vətəndaş məmnunluğunu təmin etmək üçün problemlər həll olunmalı, islahatlar genişləndirlməlidir. Heç bir təbliğat insanların diqqətini ağırlaşan həyat şəraitindən yayındıra bilməz. Sovet İttifaqı uşaqları 6 yaşında, birinci sinfə gedəndə oktyabryat (oktyabr inqilabından doğulmuşlar ) elan edib yaxalarına xüsusi döş nişanı vururdu, 5-ci sinfə çatanda onlar pioner adlandırılırdı, bu zaman yeni, fərqli döş nişanı ilə yanaşı boyunlarına qalstuk da taxırdılar. 8-ci sinfə çatanda onlar komsomola qəbul edilirdi və onlara fərqli döş nişanı verirdilər. 18 yaşlarında isə daha yaxşılar Kommunist Partiyasının sıralarına qəbul edilirdi. Bütün bu dövr ərzində gənclər kommunist ideologiyası əsasında, kommunizmə sədaqət ruhunda tərbiyə olunurdu. O zaman sərhədlərin bağlı olması ilə yanaşı, alternativ informasiya mənbələri də yox idi. Amma iqtisadiyyyatı neftdən asılı olan Sovetlər Birliyində neftin qiyməti düşən kimi korrupsiya və saxta statistika (perepiska) çiçəkləndi, narazı xalqlar ayağa qalxıb azadlıq istədi, Sovet İttifaqı çökdü. Ona görə ki, soyuducunun ictimai rəyə təsir imkanı medianın imkanlarından dəfələrlə çoxdur. Soyuducu dolu, insanların mənəvi təlabatlarını qarşılamaları üçün heç olmasa minimum vəsaitləri olanda ideoloji işin əhəmiyyəti olur.

– Prezidentin Türkmənistana səfərini necə qiymətləndirirsiniz?

– Çox yaxşı, Tacikistandan başqa digər Mərkəzi Asiya respublikaları türk respublikalarıdır. İranın MDB+1 formatında əməkdaşlıq təklifi, Qırğızıstanın vahid viza rejimi təklifi müsbət qarşılanmalıdır. Azərbaycanın qonşu ölkələrlə istənilən formatda əməkdaşlığı ölkəmizin inkişafına və təhlükəsizliyinə təkan verməlidir. Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun və Birlik daxilində ciddi iqtisadi inteqrasiya baş versin. MDB ölkələrində ciddi iqtisadi açılım, azadlıqlar olmasa xalqlar və ölkələr arasında dostluq dövlət başçılarının iradəsindən asılı olacaq. Bu zaman iqtisadiyyatın böyüməsi sürətli xarakter almayacaq və münasibətlər dayanıqlı olmayacaq.

– Avropa Parlamentinin dünən Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibətiniz necədir?

– Avropa Parlamenti Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, o zaman bizə təzyiq etmək, bizi nüfuzdan salmaq yolu tutmamalıdır. Bütün məsələlər masa arxasında həll olmalıdır. Necə ki, bəzi məsələlər həll olunur. Diplomatiya bundan yanadır. Tərəflər səmimi olaraq əməkdaşlıq istəyirlərsə “mən haqlıyam, ona görə yalnız mənim şərtlərim əsasında əməkdaşlıq ola bilər”,-yanaşmasından geri çəkilməli, qarşılıqlı güzəştlər yolu ilə anlaşmalıdırlar. Yox, istəmirlərsə hərə öz mövqeyində qala bilər. Şərtlər Azərbaycanın dövlət müstəqiliyini, ərazi bütövlüyünü, suverenliyini şübhə altına alırsa, heç bir müzakirədən söhbət gedə bilməz. Digər məsələlər barədə anlaşmaq olar. Bizim Qərblə yaxından əməkdaşlığımıza ciddi ehtiyac var, çünki ixracatımızın 90%-ni təşkil edən neft və qaz məhsullarını əsasən onlara satırıq. Bu gün olmasa da sabah onlar bundan imtina edə bilər. Mərkəzi Asiya Respublikalarının birlikdə Ümumi Daxili Məhsulunun həcmi təqribən 543 milyard dollardır. Əhalisinin sayı Azərbaycan qədər olan İsveçin ÜDM-i 623 milyard (Adambaşına 58529 $) dollardır. Bizə dövlətin iqtisadi proseslərə müdaxiləsinin minimuma endirildiyi liberal iqtisadiyyat, Qərb investisiyası və müasir texnologiyası lazımdır. Bunun üçün isə Qərblə əlaqələri genişləndirməliyik.

Previous Post

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Next Post

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Bənzər yazılar

İlon Mask uçan Tesla-nı təqdim etdi

İlon Mask uçan Tesla-nı təqdim etdi

16 Oktyabr 2026 - 10:35

Cümə axşamı günü Tesla-nın baş direktoru Elon Mask uçma qabiliyyətinə malik yeni avtomobili – elmi fantastika və cizgi filmlərində uzun...

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

16 Oktyabr 2026 - 09:46

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini Azərbaycan jurnalistlərinin IX qurultayı münasibətilə təbrik edib....

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58

Avropa İttifaqı ölkələrinin liderləri Vaşinqton və Kiyev arasında münasibətlərin daha da pisləşməsindən ehtiyat edərək Vladimir Zelenskini ABŞ Prezidenti Donald Trampa...

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqı (Aİ) liderlərini Ukraynaya dəstəyini gücləndirməyə çağırıb. Elchi.az xəbər verir ki, o, bu barədə Brüsseldə...

Next Post
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

16 Oktyabr 2026 - 12:28
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19
Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12
Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

16 Oktyabr 2026 - 11:57
Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

16 Oktyabr 2026 - 11:48
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41
Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

16 Oktyabr 2026 - 11:36
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

16 Oktyabr 2026 - 11:30
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Milli Məclis Müstəqilliyin Bərpası günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

16 Oktyabr 2026 - 11:24
Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

16 Oktyabr 2026 - 11:14
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

16 Oktyabr 2026 - 11:03
Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

16 Oktyabr 2026 - 10:53
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

16 Oktyabr 2026 - 10:45
İlon Mask uçan Tesla-nı təqdim etdi

İlon Mask uçan Tesla-nı təqdim etdi

16 Oktyabr 2026 - 10:35
Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

16 Oktyabr 2026 - 10:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.