Kanada Baş naziri Mark Karni Fələstinə 100 milyon Kanada dolları (təxminən 73 milyon ABŞ dolları) dəyərində yardım göstərəcəklərini açıqladı.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Karni mətbuat nümayəndələrinə açıqlamalar verdi.
Qəzzada davam edən ağır humanitar böhrana diqqət çəkən Karni bildirdi ki, Fələstin üçün elan edilən 100 milyon Kanada dolları məbləğində yardımın 80 milyon dolları humanitar yardıma, 20 milyon dolları isə sülh və təhlükəsizlik potensialının gücləndirilməsinə yönəldiləcək.
İsrail hökumətinin işğal altındakı Şərqi Qüdsdə qeyri-qanuni “E1” məskunlaşma layihəsini təsdiqləməsinin sülhə birbaşa təhdid yaratdığını qeyd edən Karni dedi: “Biz İsrailin qeyri-qanuni məskunlaşma məntəqələrində istehsal olunan məhsullara qarşı ticarət məhdudiyyətləri tətbiq etmək niyyətimizi elan etdik”.
Karni bunun iki dövlətli həll imkanını qoruyub saxlamaq və davamlı sülhə nail olmaq istiqamətində praqmatik və konkret bir addım olduğunu vurğuladı.
Şayəstə





















