“Wall Street Journal”ın məlumatına görə, Donald Trampın müharibənin tezliklə bitəcəyi ilə bağlı bəyanatlarına baxmayaraq, Ağ Evin yüksək səviyyəli müşavirləri ABŞ Prezidentinə xəbərdarlıq ediblər ki, İranla böhran onun səlahiyyət müddətinin sonuna qədər uzana bilər.
Elchi.az xəbər verir ki, bildirilir ki, vitse-prezident C.D. Vens və dövlət katibi Marko Rubio Oval Kabinetdə və Ağ Evin Böhran İdarəetmə Mərkəzində (Situation Room) keçirilən görüşlər zamanı öz qiymətləndirmələrini Donald Trampa təqdim ediblər.
Rəsmilər bildiriblər ki, Tehran administrasiyası dəniz blokadaları və hərbi əməliyyatlara baxmayaraq, Amerika təzyiqinə qarşı müqaviməti davam etdirə bilər.
Bu qiymətləndirmə münaqişənin 2029-cu ilin yanvarına qədər davam edə biləcəyi ehtimalını ortaya qoyub.
Müzakirələr Trampın noyabr ayındakı aralıq seçkilərdən dərhal sonra müharibənin bitəcəyini və İranın daha uzun müddət tab gətirə bilməyəcəyini iddia etməsindən sonra daha da intensivləşib.
İordaniyadakı ABŞ bazasına hücum
Eyni zamanda, tərəflər arasında qarşılıqlı cavab tədbirləri davam edir. İordaniyadakı “Muvaffaq Salti” aviabazasına gecə saatlarında edilən hücumlar nəticəsində ABŞ-a məxsus bir neçə hərbi təyyarəyə ziyan dəyib.
Hücum zamanı “Warthog” (Çöl donuzu) kimi tanınan A-10 “Thunderbolt” təyyarəsi ciddi zədələnib və bir qanadını itirib. Təxminən səkkiz ədəd F-15 qırıcı təyyarəsi isə yüngül zədələr alıb.
Hücum zamanı İordaniyadakı ABŞ qüvvələri bazanı və şəxsi heyəti qorumaq məqsədilə 30-dan çox “Patriot” raketi atıb.
Qeyd olunub ki, bu cavab tədbiri Vaşinqtonun İranla əlaqəli beş tankere qarşı həyata keçirdiyi əməliyyatdan sonra baş verib.
Şayəstə





















