"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Ombudsmana nə vaxt və necə üz tuta bilərsiniz

05 Sentyabr 2026 - 18:51
in CƏMİYYƏT
FacebookVatsap

Bəzən elə bir nöqtəyə gəlib çatırsınız ki, əlinizdəki bütün bütün qurumlar rəsmi imtina cavabı verir.  Rayon idarəsi sizi nazirliyə göndərir, nazirlik məktubunuzu yenidən rayon idarəsinə yönləndirir, aylar keçir, amma problem yerindən tərpənmir. Məhkəməyə getmək istəyirsiniz, lakin vəkil tutmağa maddi imkanınız çatmır, hüquqi məsələlərin mürəkkəbliyi isə gözünüzü qorxudur. Məhz belə məqamlarda dövlət idarəçiliyi mexanizminin içində vətəndaşın xeyrinə işləyən xüsusi bir instansiya xatırlanmalıdır. İnsan Hüquqları üzrə Müvəkkil — Ombudsman.  Bəs Ombudsman kimdir? O, sadəcə quru şikayətləri toplayan növbəti bir dövlət idarəsidir, yoxsa bürokratik əngəllərdə ilişib qalmış vətəndaşın rəsmi müdafiəçisi?

Bunu da oxuyun

Qazaxda açıq ərazidə yanğın baş verib

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Ombudsman nə məhkəmədir, nə də prokurorluq

Əvvəlcə ən çox rast gəlinən yanlış təsəvvürü aradan qaldıraq, Ombudsman məhkəmə deyil. O, kimisə həbs edə, yaxud hakimin qəbul etdiyi qərarı ləğv edə bilməz. Əgər qonşunuzla aranızda pul davası varsa və ya cinayət işi üzrə məhkəmə hökm çıxarıbsa, Müvəkkil bu prosesə birbaşa müdaxilə etmir.

Ombudsmanın əsas missiyası tamamilə başqadır. Dövlət məmurunun, nazirliyin, komitənin, icra hakimiyyətinin və ya bələdiyyənin sizin konstitusion hüququnuzu pozub-pozmadığını yoxlamaq.  Bir vəzifəli şəxs qanunu kənara qoyub özbaşınalıq edirsə, vətəndaşın müraciətinə bilərəkdən cavab vermirsə, yaxud dövlət xidmətini süni şəkildə əlçatmaz edirsə, Ombudsman məhz həmin məmurun qarşısında qanun tələbini qoyan tərəfsiz nəzarətçidir.

Hansı hallarda ombudsmana yazmaq olar?

Dövlət orqanına ərizə vermisiniz, qanuni 15 və ya 30 iş günü keçib, lakin qurum susur və heç bir cavab vermir.Xəstəxanada təcili əməliyyat üçün göndəriş verilmir, pensiya stajınız qanunsuz azaldılıb, yaxud əlillik dərəcəsi təyinatında açıq-aşkar qərəz nümayiş etdirilir. Yaşadığınız binanın həyəti qanunsuz zəbt olunur, yerli icra orqanı isə sakinlər tərəfindən yazılan onlarla şikayətə məhəl qoymur. Cəzaçəkmə müəssisələrində və ya hərbi hissələrdə qeyri-insani rəftar, tibbi yardımın göstərilməməsi və ya qanunsuz təzyiq halları olduqda (Ombudsmanın bura xəbərdarlıq etmədən daxil olmaq səlahiyyəti var). Bütün bu hallarda Ombudsmana müraciət ən qısa və kəsərl yol ola bilər.

Ombudsmanın gücü nədədir?

Bəzən vətəndaşlar düşünə bilər ki, “Nazirlik mənə qulaq asmadı, Ombudsman nə edəcək?”. Fərq bundadır ki, adi vətəndaşın məktubuna formal cavab yazmaq hansısa məmur üçün asan görünə bilər, lakin Ombudsmanın sorğusunu cavabsız qoymaq qanunla birbaşa məsuliyyət yaradır. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa əsasənOmbudsman istənilən dövlət orqanından, müəssisədən araşdırma üçün lazım olan məxfi və ya xidməti sənədləri, arayışları tələb edib ala bilər. Müvəkkil və ya onun nümayəndələri faktı yerində araşdırmaq üçün dövlət idarələrinə maneəsiz daxil ola bilərlər. Araşdırma nəticəsində hüquq pozuntusu təsdiq olunarsa, Ombudsman həmin dövlət qurumuna rəsmi qərar (tövsiyə) göndərir ki, “Vətəndaşın hüququ pozulub, filan qanunsuz addım dərhal aradan qaldırılsın”.

Əgər vəzifəli şəxs vətəndaşın hüququnu kobud surətdə pozubsa, Ombudsman həmin şəxsin intizam məsuliyyətinə cəlb edilməsi, işdən azad olunması və ya cinayət məsuliyyəti daşıması üçün Baş Prokurorluğa rəsmi müraciət edir.

Müraciət necə edilməlidir?

Ombudsmana müraciət etmək üçün mürəkkəb hüquqi terminlər bilmək və ya böyük məbləğdə rüsum ödəmək lazım deyil. Bu xidmət tamamilə ödənişsizdir. Ərizə yazarkən üç sadə qaydaya əməl etmək yetərlidir.  Adınız, soyadınız, ünvanınız və əlaqə nömrəniz dəqiq göstərilməlidir (adsız müraciətlərə baxılmır). Uzun şikayətlər yazmaq əvəzinə ardıcıllığı qeyd edin: “Filan tarixdə filan idarəyə müraciət etdim. Filan tarixdə mənə əsassız imtina verildi (və ya cavab verilmədi). Hesab edirəm ki, bununla mənim hüququm pozulub”. Şikayət etdiyiniz quruma yazdığınız ərizənin nüsxəsini və oradan sizə verilən rəsmi imtina məktubunu mütləq əlavə edin.

Müraciəti poçtla göndərə, Ombudsmanın rəsmi internet portalı (ombudsman.az) vasitəsilə elektron formada təqdim edə, yaxud təcili hallarda 916 nömrəli “Qaynar xətt” mərkəzinə zəng edərək birbaşa şifahi bildirişlə çatdıra bilərsiniz.

Bürokratik maneələrlə üz-üzə qalanda haqqınızı tələb etməkdən çəkməyin. Dövlət nəzarəti mexanizmləri yalnız o zaman işlək olur ki, vətəndaş öz haqqını axtarmaqdan yorulmasın. Qanunun sizə verdiyi qoruyucu vasitələri bilin və onlardan yerində istifadə edin.

Bu məqalə ““Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində hazırlanıb.

Xanoğlan Əhmədov

Previous Post

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Next Post

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Bənzər yazılar

Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03

Qazax rayonu, Aslanbəyli kəndində açıq ərazidə yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib....

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən aparılan monitorinq zamanı “.az” domen zonasında bir-birinə oxşar xüsusiyyətlərə...

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38

Türkiyənin Koç Universitetinin professoru Vərqa Kələntərov Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat və Fizika fakültələrinin birgə elmi seminarında “Navye-Stoks və Kleyn-Qordon...

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

23 Sentyabr 2026 - 17:47

Azərbaycan Turizm Bürosunun (ATB) Pekindəki rəsmi nümayəndəlik ofisi sentyabrın 22-də Çin Xalq Respublikasının Tszyansu əyalətinin Çançjou şəhərində keçirilən “2026 Jiangsu...

Next Post
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.