ABŞ və İran arasında gərginlik artdıqca, ABŞ ordusu ilə bağlı yeni bir iddia ortaya çıxdı. ABŞ ordusunun katibi Daniel Driskollun ABŞ müdafiə naziri Pete Hegseth ilə uzun müddətdir davam edən gərginlikdən sonra istefa verdiyi iddia edilir.
Elchi.az xəbər verir ki, ABŞ və İran arasında gərginlik artdıqca, ABŞ ordusu ilə bağlı yeni bir iddia ortaya çıxdı. ABŞ ordusunun katibi Daniel Driskollun ABŞ müdafiə naziri Pete Hegseth ilə uzun müddətdir davam edən gərginlikdən sonra istefa verdiyi iddia edilir.
The New York Times qəzetinə danışan hökumət rəsmiləri, Driskollun istefa ərizəsini ABŞ prezidenti Donald Trampa təqdim etdiyini iddia etdilər.
Adı açıqlanmayan bir rəsmi, Driskollun istefa ərizəsini təqdim etmək və ordunun hazırkı vəziyyətini müzakirə etmək üçün Trampla üz-üzə görüşdüyünü bildirdi.
Mənbələr həmçinin iddia etdilər ki, Driskoll Trampa Hegsethin bir çox təcrübəli hərbi liderləri işdən çıxarmasından və “xoşlamadığı insanların rəhbərliyi altında işləyən bir sıra polkovniklərin vəzifə yüksəlişinə mane olmasından” məyus olduğunu bildirib.
“The Wall Street Journal”a (WSJ) danışan mənbələr Hegseth və Driscoll arasında “aylarla gərginlik” yaşandığını iddia ediblər.
Şayəstə





















