"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Fəlsəfə ilə ədəbiyyatı birləşdirən alim – Aslan Aslanov

20 Avqust 2026 - 12:37
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan elm və mədəniyyət tarixində özünəməxsus iz qoymuş görkəmli alimlərdən biri də akademik Aslan Məmməd oğlu Aslanovdur. O, 20 avqust 1926-cı ildə Ağstafa şəhərində dünyaya gəlib. Ömrünü fəlsəfə, estetika, mədəniyyət və ədəbiyyat sahələrinin inkişafına həsr edən alim zəngin elmi və yaradıcılıq irsi ilə yadda qalıb.

Bunu da oxuyun

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

Aslan Aslanov 1945–1950-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində fəlsəfə ixtisası üzrə ali təhsil alıb. Elmi fəaliyyətində sürətlə irəliləyən alim 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə elmlər doktoru elmi dərəcəsini alıb, 1976-cı ildə professor elmi adına layiq görülüb.

Onun pedaqoji və idarəçilik fəaliyyəti də kifayət qədər geniş olub. Aslan Aslanov 1961–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Estetika və etika kafedrasına rəhbərlik edib. Daha sonra, 1977–1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru vəzifəsində çalışıb.

1987-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq Bölməsinin akademik-katibi təyin olunan Aslan Aslanov bu vəzifədə 1995-ci ilədək fəaliyyət göstərib. 1990–1995-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna rəhbərlik edib. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi fəaliyyətinə verilən yüksək qiymət idi.

Aslan Aslanov yalnız alim kimi deyil, tərcüməçi və şair kimi də tanınıb. O, Qərb fəlsəfi-estetik fikrini araşdırıb, müxtəlif xalqların mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinin estetik və tərbiyəvi əhəmiyyətini öyrənib. Aristotelin “Poetika”sını, Didronun “Qardaşım oğlu Ramo” əsərini, Bayronun “Gavur” və Tvardovskinin “Vasili Tyorkin” poemalarını Azərbaycan dilinə tərcümə edib.

Onun yaradıcılığında poeziyanın da xüsusi yeri olub. “Səni düşünürəm”, “Qızlar və bənövşələr” və “Nəğməli günlərim” adlı şeir kitabları müxtəlif illərdə oxuculara təqdim edilib.

Alimin elmi fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb. O, beynəlxalq elmi tədbirlərdə də ölkəmizi təmsil edib. 1968-ci ildə İsveçdə Estetika üzrə VI Beynəlxalq Konqresdə, 1970-ci ildə Berlində keçirilən VII Beynəlxalq Hegel Yubiley Konqresində, 1972-ci ildə isə Buxarestdə Estetika üzrə VIII Beynəlxalq Konqresdə iştirak edərək məruzələrlə çıxış edib.

Akademik Aslan Aslanov elmi kadrların hazırlanmasına da böyük töhfələr verib. Onun uzun illər davam edən elmi-pedaqoji fəaliyyəti Azərbaycan fəlsəfə və estetika məktəbinin formalaşmasına mühüm təsir göstərib.

Aslan Aslanov 1995-ci ildə Bakı şəhərində vəfat edib. Aradan illər keçməsinə baxmayaraq, onun elmi araşdırmaları, tərcümələri və ədəbi yaradıcılığı Azərbaycan elm və mədəniyyət tarixində öz əhəmiyyətini qoruyur.

Previous Post

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Next Post

MİDA “Güzəştli mənzil” sistemini ASANLAŞDIRDI

Bənzər yazılar

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub. Elchi.az  xəbər verir ki, günün ikinci...

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub. Elchi.az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın "Hayduk"...

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10

"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib. Elchi.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. Polşanın "Qurnik" (Zabje) klubu ilə...

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 39 689 abituriyentin 34 150-si ali və ya...

Next Post
MİDA “Güzəştli mənzil” sistemini ASANLAŞDIRDI

MİDA “Güzəştli mənzil” sistemini ASANLAŞDIRDI

Bu sənədi itirənlər 200 manat cərimə olunacaqlar

Bu sənədi itirənlər 200 manat cərimə olunacaqlar

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14
UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12
“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10
Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır

27 Avqust 2026 - 23:04
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

27 Avqust 2026 - 19:56
Hövsanda açıq ərazidə yanğın baş verib

Hövsanda açıq ərazidə yanğın baş verib

27 Avqust 2026 - 19:53
Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

27 Avqust 2026 - 19:50
İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

27 Avqust 2026 - 19:14
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlandı

27 Avqust 2026 - 18:55
İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

27 Avqust 2026 - 18:33
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Avqust 2026 - 17:57
Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

27 Avqust 2026 - 17:49
Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

27 Avqust 2026 - 17:35
Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

27 Avqust 2026 - 17:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.