Britaniya şirkətləri tərəfindən istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) Rusiya ərazisindəki hədəfləri vurmaq üçün ilk dəfə istifadə edildiyi barədə məlumatlardan sonra Moskva administrasiyası Londona xəbərdarlıq etdi.
Elchi.az xəbər verir ki, “Sunday Times” qəzetinin məlumatına görə, Ukrayna qüvvələri dərin zərbə əməliyyatının bir hissəsi olaraq iki Britaniya şirkəti tərəfindən istehsal olunan PUA-lardan istifadə edib.
Kiyev administrasiyası bu il Rusiya daxilində əməliyyatlarını gücləndirərək hərbi, sənaye və enerji obyektlərini uzaq mənzilli raketlər və PUA-larla hədəfə alıb.
Bundan əlavə, Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti olan Wildberries-ə məxsus nəhəng anbarlar hədəfə alınıb. Milyardlarla funt sterlinq dəyərində malların məhv edilməsi ilə nəticələnən bu hücumlar Rusiya ictimaiyyətinə birbaşa təsir göstərib və ölkədəki iqtisadi ziyanı artırıb.
Şayəstə



















