"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49
in MANŞET
FacebookVatsap

Hamı danışır. Bəs kim dinləyir?

Bunu da oxuyun

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Tramp ilə Zelenski arasında gərginlik artır

“Bilən çox danışmır. Çox danışan çox vaxt çox bilmir.”
— Lao Tszi

Bir dəfə qəbuluma bir nəfər gəlmişdi.Əlində köhnəlmiş bir qovluq vardı. İçində illərlə topladığı sənədlər, qərarlar, məktublar… Qovluğu stolun üstünə qoydu. Elə bildim ki, indi sənədləri açacaq. Amma açmadı.Əvvəl danışmağa başladı.

İşindən, üzləşdiyi haqsızlıqlardan, döydüyü qapılardan, aldığı cavablardan danışdı.Arabir susurdu.

Sonra elə bil harada qaldığını xatırlayıb söhbətini davam etdirirdi.Mən isə sözünü kəsmədim.

Sadəcə dinlədim.

Təxminən iyirmi dəqiqədən sonra qovluğu bağladı, ayağa qalxdı.

— Çox sağ olun, — dedi.

Mən təəccübləndim.

— Mən axı sizə hələ heç bir hüquqi məsləhət verməmişəm…
Gülümsədi.

— Verdiniz. Məni axıra qədər dinlədiniz.
O çıxıb gedəndən sonra uzun müddət yerimdə oturdum.Nədənsə tələsmirdim.
Onun dediyi bir cümlə beynimdə dönə-dönə səslənirdi:”Məni axıra qədər dinlədiniz…”
O gün ilk dəfə düşündüm ki, bəzən insanın ən böyük ehtiyacı cavab almaq deyil.Anlaşıldığını hiss etməkdir.

Bir neçə gün sonra kitab rəfindən yenə “Dao De Dzin”i götürdüm.Bu kitabı illərdir oxuyuram.Amma qəribədir…Bəzi kitablar dəyişmir. Onları oxuyan insan dəyişir. Səhifələri vərəqləyərkən gözüm bir cümlədə dayandı.

“Çaylar və dənizlər bütün suları ona görə qəbul edir ki, onlardan aşağıdadırlar.”
Uzun illər bu cümləni sadəcə təbiət haqqında yazılmış gözəl bir bənzətmə kimi oxumuşdum.

Bu dəfə isə sanki ilk dəfə görürdüm.Bəlkə söhbət çaylardan yox, insandan gedirdi.Bəlkə insan da yalnız daxilində yer olanda başqasını qəbul edə bilir.

Daxilimiz öz fikirlərimiz, hökmlərimiz və hazır cavablarımızla doludursa, başqasının sözünə yer qalmır.

Onda biz eşidirik.Amma dinləmirik.
Bu yazını hazırlayarkən özümü də müşahidə etməyə başladım.Kimsə danışanda hiss etdim ki, beynim çox vaxt ondan əvvəl cavab hazırlayır. Qarşı tərəf hələ fikrini tamamlamayıb.

Mən isə artıq daxilimdə razılaşır, etiraz edir, müqayisə aparır, bəzən də cavab hazırlayıram. Sonra öz-özümə gülümsədim.
Deməli, mən də həmişə dinləmirmişəm. Bəzən sadəcə danışmaq növbəmi gözləmişəm.

Bir dəfə ata ilə oğulun söhbətinə şahid olmuşdum.

Ata sakit səslə dedi:

— Mən səni başa düşürəm.
Oğul isə tərəddüd etmədən cavab verdi:

— Ata, sən məni dinləmirsən…

Söhbət bununla bitdi.Amma o iki cümlə qəribə şəkildə yaddaşıma həkk olundu.
O vaxtdan bəri tez-tez düşünürəm ki, bəzən insanın ən böyük tənhalığı tək qalması deyil.
Dinlənilməməsidir.

Bizim xalqın yüz illərin sınağından çıxmış bir məsəli var:

“Bir söylə, iki dinlə.”

Bu məsəli uşaqlıqdan eşitmişik.Uzun illər onu sadəcə danışığın qaydası kimi qəbul etmişdim.

İndi isə başqa cür baxıram. Bu məsəl söz deməkdən əvvəl dinləməyi öyrədir. Çünki insan yalnız qarşısındakının sözünü deyil, hissini də qəbul edə biləndə həqiqi söhbət başlayır.

Son illər bunu ictimai həyatda da tez-tez müşahidə edirəm. Müzakirələr də çoxalıb, çıxışlar da, şərhlər də. Amma nədənsə anlaşmaq əvvəlkindən daha çətin görünür.Sanki hamımız danışırıq.

Amma çox azımız dinləyirik.Daha doğrusu, çox vaxt dinləmək üçün yox, cavab vermək üçün gözləyirik.Ona görə də söhbətlər uzanır, anlaşmalar isə qısalır.

Mən uzun illər yaxşı ünsiyyəti gözəl danışmaq bacarığı hesab etmişdim.İndi buna əvvəlki qədər əmin deyiləm.Yaxşı danışan adam çox ola bilər.Yaxşı dinləyən adam isə həmişə az olur.

Bəlkə də elə buna görə onları unutmuruq. İnsan çox vaxt ona deyilən sözləri yox, onu necə dinlədiklərini xatırlayır.

Lao Tszi min illər əvvəl az danışmaqdan yazırdı..

Mən isə düşünürəm ki, onun əsas söhbəti sözün sayından yox, insanın daxilindən gedirdi.

İçərisi öz səsi ilə dolu olan adam başqasının səsini eşidə bilər. Amma onu qəbul edə bilməz.

Çünki insanın qarşısındakı ən böyük maneə bəzən başqası deyil. Elə öz daxilində susmayan səsidir.

İllər əvvəl qəbuluma gələn o adam bəzən yenə yadıma düşür. Hər dəfə də özümə eyni sualı verirəm:

Doğrudanmı dinləyirəm?

Yoxsa sadəcə danışmaq növbəmi gözləyirəm?

Hər dəfə bu sualın qarşısında bir anlıq dayanmalı oluram.Və düşünürəm ki, bəlkə də yaxşı dinləyici olmaq elə bu dayanmaqdan başlayır.

Bu yazını bitirərkən ilk səhnə yenə gözümün önünə gəlir.

Köhnə qovluğunu qucaqlayıb otaqdan çıxan o adam…

O mənə nə hüquq dərsi keçdi, nə də fəlsəfə öyrətdi.

Sadəcə bir cümlə dedi.

Amma həmin cümlə mənim dinləmək haqqında düşüncəmi dəyişdi.

Bəlkə də insanın ən böyük ehtiyacı cavab almaq deyil, həqiqətən dinlənildiyini hiss etməkdir.

Dinləmək qarşı tərəfə qulaq vermək deyil. Daxilində ona yer verməkdir!..

Kaspar Devid Fridrix, Duman Dənizinin Üzərində Səyyah (1818)

Previous Post

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

Next Post

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Bənzər yazılar

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

ABŞ Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyir

ABŞ Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyir

12 Oktyabr 2026 - 11:16

Donald Tramp administrasiyası Kiyevin Rusiyanın energetika infrastrukturuna zərbələrini dayandırmaq məqsədilə Ukrayna üçün Amerika silahlarının satınalma mexanizmini və kəşfiyyat məlumatlarının mübadiləsini...

Next Post
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşır

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

13 Oktyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

13 Oktyabr 2026 - 11:56
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

13 Oktyabr 2026 - 11:44
Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

13 Oktyabr 2026 - 11:30
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

13 Oktyabr 2026 - 11:24
Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15
Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

13 Oktyabr 2026 - 11:05
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13 Oktyabr 2026 - 10:59
DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

13 Oktyabr 2026 - 10:51
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

13 Oktyabr 2026 - 10:42
Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

13 Oktyabr 2026 - 10:34
Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

13 Oktyabr 2026 - 10:19
Tramp: “Husilər çox yanlış hərəkətlər edirlər”

Tramp: “Husilər çox yanlış hərəkətlər edirlər”

13 Oktyabr 2026 - 10:08
NİİM motosiklet və skuter idarə edənlərə xəbərdarlıq edib – VİDEO

NİİM motosiklet və skuter idarə edənlərə xəbərdarlıq edib – VİDEO

13 Oktyabr 2026 - 09:53
DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq edib – VİDEO

DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq edib – VİDEO

13 Oktyabr 2026 - 09:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.