"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Qaçqınkom” Xocalının Almalı kəndinə köçürülmə ilə bağlı yayılan videomüraciətə münasibət bildirib

04 Avqust 2026 - 15:45
in XƏBƏR LENTİ
FacebookVatsap

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Almalı kəndinə köçürülmə ilə bağlı sosial şəbəkədə yayılan videomüraciətə münasibət bildirib.

Bunu da oxuyun

Xəzərlə bağlı həyəcan təbili: Dənizin suyunun kəskin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və strateji problemdir – TƏHLİL

Putin: Xəzər dənizi təkcə Rusiyada 20 min kvadrat kilometrdən çox azalıb

Xəzər dənizini qorumaq vacibdir – Prezident

Bu barədə Elchi.az-a Komitədən məlumat verilib.

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti Laçın rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Orucova Ziba Malik qızının sosial şəbəkələrdə yayılmış video müraciəti ilə bağlı bildirir ki, vətəndaşın bütün müraciətlərinə Komitədə hər zaman həssaslıqla yanaşılmış, şəhid ailəsinin üzvü kimi ona daim hörmət və diqqət göstərilmişdir. Buna baxmayaraq, Orucova Ziba Malik qızının Xocalı rayonunun Almalı kəndində yerləşən 4206 nömrəli fərdi yaşayış evinin ailəsinə verilməsi ilə bağlı tələbi mövcud qanunvericiliyə və Böyük Qayıdış Proqramı çərçivəsində tətbiq olunan köçürülmə qaydalarına uyğun olmadığından təmin edilməsi mümkünsüzdür”, – məlumatda qeyd olunub.

Məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Orucova Ziba Malik qızının ailəsi mövcud tələblər nəzərə alınmaqla Almalı kəndinə köçürülmənin ilk mərhələsi üzrə formalaşdırılmış siyahıya daxil edilmədiyindən o, birinci mərhələdə şəhid ailələri üçün nəzərdə tutulmuş yaşayış evini seçim hüququndan istifadə etməyib: “Həmin mərhələdə keçirilən püşkatma nəticəsində 4206 nömrəli fərdi yaşayış evi qanuni əsaslarla digər ailəyə ayrılmışdır. Qüvvədə olan qaydalara əsasən, püşkatma nəticəsində sahibi müəyyən edilmiş yaşayış evinin sonradan geri alınaraq başqa şəxsə verilməsi hüquqi baxımdan mümkün deyil. Qeyd edilməlidir ki, Orucova Ziba Malik qızı və ailə üzvləri şəhid ailəsi və məcburi köçkün kimi dövlət tərəfindən həyata keçirilən sosial müdafiə və mənzil təminatı proqramlarından dəfələrlə faydalanmışlar. Belə ki, Orucova Zibanın oğlu Orucov Kərim Miryusif oğlu Binəqədi rayonun Xocahəsən qəsəbəsində evlə təmin olunmuş, həmçinin Qaradağ rayonun Müşfiqabad qəsəbəsində şəxsi mənzili var. Digər oğlu İlqar Orucov isə Bakı şəhərində yerləşən Qobu Park yaşayış kompleksində 3 otaqlı mənzillə, qızı Zenfira Orucova isə Ağcabədi rayonunda 4 otaqlı mənzillə təmin edilmişdilər.

Bundan əlavə, araşdırma zamanı müəyyən olunmuşdur ki, ailə üzvlərinin bir neçəsinə Abşeron rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılmışdır. Həmçinin Orucova Ziba Malik qızı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Hövsan yaşayış kompleksində şəxsi mənzillə, oğlu Tofiq Orucov isə şəhid ailəsinin üzvü kimi Yasamal rayonunda şəxsi mənzillə təmin edilmişlər. Sadalanan faktlar göstərir ki, dövlət tərəfindən həmin ailəyə müxtəlif dövrlərdə şəhid ailəsi və məcburi köçkün statusu nəzərə alınmaqla sosial dəstək və mənzil təminatı tədbirləri həyata keçirilmişdir.Orucova Ziba Malik qızının Xocalı rayonunun Almalı kəndinə köçürülməsi məsələsinə isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti köçürülmə mərhələlərində baxılacaqdır. Bu barədə vətəndaşa 23 iyun 2026-cı il tarixində Dövlət Komitəsində keçirilən qəbul zamanı ətraflı məlumat və hüquqi izahat verilmişdir.Video müraciətdə Dövlət Komitəsində qəbul zamanı ona qarşı guya hörmətsizlik və kobud rəftar göstərilməsi barədə səsləndirilən iddialar aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır. Bildiririk ki, Dövlət Komitəsində şəhid ailələrinin, məcburi köçkünlərin və digər həssas kateqoriyadan olan vətəndaşların müraciətlərinə daim yüksək həssaslıq, hörmət və humanist yanaşma nümayiş etdirilir.

Son dövrlərdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi ilə əlaqədar Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun qaydada, bərabərlik, şəffaflıq və sosial ədalət prinsipləri əsasında araşdırılır və qiymətləndirilir.Təəssüf ki, bəzi hallarda müraciətləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin olunmayan şəxslər öz narazılıqlarını sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyə çalışırlar. Dövlət Komitəsi vətəndaşların fikir və müraciət hüququna hörmətlə yanaşır, eyni zamanda ictimaiyyəti Böyük Qayıdış Proqramı ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə etməyə, faktlara söykənən məlumatlara etibar etməyə çağırır.Dövlət Komitəsi bir daha bildirir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün köçürülmə və mənzil bölgüsü prosesləri yalnız qanunvericiliyin tələblərinə uyğun, şəffaf, obyektiv və sosial ədalət prinsipləri əsasında həyata keçirilir. Şəhid ailələrinin hüquq və mənafeləri isə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi hər zaman xüsusi həssaslıqla nəzərə alınmış və bundan sonra da eyni qaydada təmin olunacaqdır”.

Previous Post

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

Next Post

Mərkəzi Bankının valyuta ehtiyatları 23 % artıb

Bənzər yazılar

Xəzərlə bağlı həyəcan təbili: Dənizin suyunun kəskin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və strateji problemdir – TƏHLİL

Xəzərlə bağlı həyəcan təbili: Dənizin suyunun kəskin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və strateji problemdir – TƏHLİL

09 Oktyabr 2026 - 16:34

Xəzər dənizinin su səviyyəsinin sürətlə azalması artıq ayrı-ayrı sahilyanı ölkələrin ekoloji gündəliyi çərçivəsinə sığmayan, regionun iqtisadi təhlükəsizliyinə, nəqliyyat əlaqələrinə və...

Putin: Xəzər dənizi təkcə Rusiyada 20 min kvadrat kilometrdən çox azalıb

Putin: Xəzər dənizi təkcə Rusiyada 20 min kvadrat kilometrdən çox azalıb

09 Oktyabr 2026 - 15:42

Son 20 ildə təkcə Rusiyada Xəzər dənizinin dayazlaşması təxminən 20 min kvadrat kilometr təşkil edib. Elchi.az xəbər verir ki, bunu...

Xəzər dənizini qorumaq vacibdir – Prezident

Xəzər dənizini qorumaq vacibdir – Prezident

09 Oktyabr 2026 - 14:30

Bu gün Xəzər dənizinin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzər dənizindən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri...

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

09 Oktyabr 2026 - 14:07

Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılmasında iştirak edəcək. Elchi.az xəbər verir ki, Nazirlə Kabineti bununla...

Next Post
Mərkəzi Bankının valyuta ehtiyatları 23 % artıb

Mərkəzi Bankının valyuta ehtiyatları 23 % artıb

Pezeşkian istefa verməyəcəyini dedi

Pezeşkian istefa verməyəcəyini dedi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Çin və Aİ razılığa gəliblər

Çin və Aİ razılığa gəliblər

09 Oktyabr 2026 - 17:56
Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

09 Oktyabr 2026 - 17:48
“Arsenal” Xulian Alvares üçün yanvarda yeni təklif göndərəcək

“Arsenal” Xulian Alvares üçün yanvarda yeni təklif göndərəcək

09 Oktyabr 2026 - 17:36
Hindistan Maskın “Starlink”ə qarşı ayrı-seçkilik ittihamlarına cavab verib

Hindistan Maskın “Starlink”ə qarşı ayrı-seçkilik ittihamlarına cavab verib

09 Oktyabr 2026 - 17:25
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

09 Oktyabr 2026 - 17:17
Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

09 Oktyabr 2026 - 17:10
Niderland BCM-ə verilən sanksiya qərarına qarşı cavab tədbirlərini müzakirə edir

Niderland BCM-ə verilən sanksiya qərarına qarşı cavab tədbirlərini müzakirə edir

09 Oktyabr 2026 - 16:59
Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

09 Oktyabr 2026 - 16:45
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

09 Oktyabr 2026 - 16:38
Xəzərlə bağlı həyəcan təbili: Dənizin suyunun kəskin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və strateji problemdir – TƏHLİL

Xəzərlə bağlı həyəcan təbili: Dənizin suyunun kəskin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və strateji problemdir – TƏHLİL

09 Oktyabr 2026 - 16:34
Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

09 Oktyabr 2026 - 16:12
Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08
ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

09 Oktyabr 2026 - 16:00
Bakıda bu yol 3 gecə bağlı olacaq

Bakıda bu yol 3 gecə bağlı olacaq

09 Oktyabr 2026 - 15:51
Putin: Xəzər dənizi təkcə Rusiyada 20 min kvadrat kilometrdən çox azalıb

Putin: Xəzər dənizi təkcə Rusiyada 20 min kvadrat kilometrdən çox azalıb

09 Oktyabr 2026 - 15:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.