"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, Prezidentin Almaniya səfərinin nəticələrini necə qiymətləndirirsiniz?

– İqtidarın qonşularla dostluq və əməkdaşlıq, o cümlədən balanslaşdırılmış xarici siyasət kursu milli maraqlara cavab verir. Biz mentalitet baxımından şərqli olsaq da, yerləşdiyimiz coğrafiya Avropa hesab olunur. Ona görə də Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik. Münasibətlərdəki gərginliyin azaldılması üçün qarşılıqlı addımlar atılmalıdır. Bizim əsas ticarət tərəfdaşlarımız Avropa ölkələridir. Əsas ixrac məhsulumuz olan neft və qazımızı əsasən onlara satırıq. Almaniya ilə imzalanmış sənədlər çox əhəmiyyətlidir. Çalışmalıyıq ki, ABŞ və Almaniya ilə imzalanmış sazişlər Azərbaycana yeni texnologiya gətirilməsinə, ölkəmizə investisiya yatırılmasına yol açsın. Xarici əlaqələrimiz təhlükəsizliyə, insan hüquq və azadlıqlarının qorunmasına və iqtisadiyyatımızın, elmin və təhsilin inkişafına xidmət etməlidir. İnsanlarımızın rifahını və təhlükəsizliyini istəyiriksə, iqtisadiyyatımızın indiki durğunluq dövründən çıxıb böyüməsi üçün sənayeni və kənd təsərrüfatını inkişaf etdirməliyik. Dövlət Neft Fondu ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına dəstək verməlidir. Bunun üçün fondun aktivləri yalnız xarici maliyyə bazarlarında yox, həm də ölkə daxilində yerləşdirilməlidir. İqtisadiyyatımızı özümüz canlandırmalıyıq ki, xarici investorlar ölkənin inkişaf perspektivlərini görüb, ölkəmizə investisiya qoysun. Fərqli nəticələr istəyiriksə, indikindən fərqli davranmalı, fərqli qərarlar qəbul etməliyik. Mülkiyyətin toxunulmazlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılmalı, Neft Fondunun vəsaitlərindən ən azı 10 milyard dollar investisiya kimi iqtisadiyyatımıza yatırılmalıdır.

– Fərqli qərarların qəbulunu gözləyirsinizmi?

– YAP üzvlərindən eşitdiyimə görə, onların payızda gözlənilən qurultayında yeni inkişaf strategiyası elan oluna, böyük islahatlara başlanıla və kadr islahatları həyata keçirilə bilər. Doğrusu, islahatlar həm də artıq hər kəsin qəbul etdiyi bir zərurətə çevrilib. Ölkəmizdə yaxşıya doğru dəyişikliklərin baş verəcəyinə inanıram.

– Qüdrət bəy, iki böyük qonşumuz müharibə vəziyyətindədir və yaxın zamanlarda müharibələrin bitməsi gözlənilmir. Müharibələrin bundan sonra Azərbaycana təsiri necə ola bilər?

– Ən pisi odur ki, bütün dünyada insanlar müharibələrə öyrəşir. Hər kəs münasibətləri güc tətbiq etməklə aydınlaşdırmağa meyillənir. Bu, bəşəriyyətə yaxşı heç nə vəd etmir. İkinci Dünya müharibəsinin ağrı-acıları artıq yaddan çıxıb. Bu gün dünyada təxminən 645 milyon insan aclıqdan əziyyət çəkir. Bu, dünya əhalisinin təxminən 7,8%-i deməkdir. Dünya Bankının 2025-ci ildə yenilənmiş məlumatına görə gündə 3 ABŞ dollarından az gəlirlə təxminən 808–838 milyon insan həddindən artıq yoxsulluq şəraitində yaşayır. Təxminən 2,69 milyard insan sağlam qidalanma üçün lazım olan qidanı maddi cəhətdən əldə edə bilmir. Bu, aclıq çəkməkdən fərqli olsa da, qida təhlükəsizliyi baxımından ciddi bir problemdir. Belə bir şəraitdə dövlətlər silahlanmaya trilyon dollarla pul xərcləyir. İnsan təbiətinə həm mərhəmət, həm də yırtıcılıq xasdır. Təəssüf ki, hazırda yırtıcılıq hissi güclənir. Hələ ki, iqtidar Azərbaycanı bu münaqişələrdən uğurla kənarda saxlaya bilir. Ümid edək ki, ən ağır şəraiti yeni bir imkana çevirə biləcəyik. Rusiya və İran maksimalizmdən imtina edərək münaqişələrə daha müdrik yanaşma sərgiləyərsə, müharibələrə son qoymaq olar. Müharibələrin davam etməsi insanlara məhrumiyyətlər yaşadır, bütün regionu müharibə təhlükəsi ilə üz-üzə qoyur. Azərbaycan bütün çağırışlara hazır olmalıdır. Bunun üçün bizə milli birlik və sürətlə böyüyən azad bazar iqtisadiyyatı lazımdır.

Previous Post

Astronomlardan kosmosda misilsiz kəşf

Next Post

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Bənzər yazılar

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56

Böyük Britaniya və ya NATO-nun hərbi əməliyyatları Rusiyanın sərəncamında olan bütün vasitələrlə cavablandırılacaq. Elchi.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi...

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

29 Sentyabr 2026 - 16:00

Papa XIV Leo Fransadan qayıdarkən mətbuat qrupundakı jurnalistlərlə söhbətində Rusiya və Ukraynaya müraciət edib. Elchi.az xəbər verir ki, "TASS" agentliyi...

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

29 Sentyabr 2026 - 11:09

Çinin xarici işlər naziri Vanq Yi xəbərdarlıq edib ki, əgər Yaponiya İkinci Dünya Müharibəsi dövründəki təcavüzkarlıq tarixindən dərs çıxarmazsa və...

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

28 Sentyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) müdafiə nazirləri ayrı-ayrı üzv dövlətlərin sərəncamında olan "Patriot" raket ehtiyatlarının Ukraynaya ötürülməsi ilə bağlı razılığa gələ bilməyiblər....

Next Post
Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56
AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

29 Sentyabr 2026 - 16:44
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

29 Sentyabr 2026 - 16:37
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

29 Sentyabr 2026 - 16:25
Sabah yağıntılar kəsiləcək

Sabah yağıntılar kəsiləcək

29 Sentyabr 2026 - 16:17
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

29 Sentyabr 2026 - 16:04
Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

29 Sentyabr 2026 - 16:00
“Azərpambıq” ixrac gəlirlərini 77 %-ə yaxın artırıb

“Azərpambıq” ixrac gəlirlərini 77 %-ə yaxın artırıb

29 Sentyabr 2026 - 15:52
İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib

İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib

29 Sentyabr 2026 - 15:43
“Qarabağ” – “Neftçi” oyununun vaxtı bəlli oldu

“Qarabağ” – “Neftçi” oyununun vaxtı bəlli oldu

29 Sentyabr 2026 - 15:30
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

29 Sentyabr 2026 - 15:16
FHN-in İdman-sağlamlıq klubunun idmançıları yarışlarda yüksək nəticələr göstəriblər

FHN-in İdman-sağlamlıq klubunun idmançıları yarışlarda yüksək nəticələr göstəriblər

29 Sentyabr 2026 - 15:08
Britaniyalılar Aİ ilə münasibətlərinə yenidən baxmaq istəyirlər

Britaniyalılar Aİ ilə münasibətlərinə yenidən baxmaq istəyirlər

29 Sentyabr 2026 - 15:00
QHT nümayəndələri Günərzi mərkəzindəki xidmətlərlə tanış olublar

QHT nümayəndələri Günərzi mərkəzindəki xidmətlərlə tanış olublar

29 Sentyabr 2026 - 14:52
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29 Sentyabr 2026 - 14:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.