İndoneziyada Mərkəzi Sulavesi əyalətində 5.1 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, İndoneziyada Mərkəzi Sulavesi əyalətində baş verən zəlzələdə bir nəfər ölüb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi Mərkəzi Sulavesi əyalətində 5.1 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. Bildirilib ki, zəlzələnin evlərə və ictimai binalara vurduğu ziyana görə sakinlərə təxliyə olunmaları barədə xəbərdarlıq edilib. Xəstəxanada müalicə alan bir xəstənin təxliyə zamanı öldüyü bildirilib.
Şayəstə





















