"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan Prezidenti: Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır

13 İyul 2026 - 12:30
in SİYASƏT
FacebookVatsap

“Mənim tərəfimdən bəşəriyyətə müraciət etmək bir qədər təkəbbürlü olar. Bildiyiniz kimi, həmişə çalışmışam ki, təvazökarlığımı itirməyim. Artıq 23 ilə yaxındır ki, bu kürsüdəyəm. Bu illər ərzində Azərbaycan haradan hara gəlib, bunu xalqımız yaxşı bilir”.

Bunu da oxuyun

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı Azərbaycan xalqına müxtəlif dövrlərdə bir çox müraciətlərinin olduğunu xatırladıb: “Həm işğal və müharibə dövründə, həm də müharibədən sonra müraciətlərim olub. Əlbəttə ki, müharibədən sonra bu müraciətlər də fərqlənib. Çünki biz fərqli situasiyada idik. İşğal dövründə keçmiş məcburi köçkünlərlə görüşlər əsnasında müraciətlərim ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər və iradələrini möhkəm tutsunlar, mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. Bir neçə dəfə bu barədə danışmışam, fürsət düşmüşkən deyə bilərəm ki, illər keçdikcə onların ümidlərinin yavaş-yavaş tükəndiyini görürdüm. İnsanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilirdi. Mən isə onlara nə vaxt, nə zaman, nə olacağını deyə bilmirdim. Deyirdim ki, inanın və onlar da inanırdılar. 17 il – bu az müddət deyil. Onlar gözləyirdilər və mənim sözlərimə inanırdılar, aparılan işlərə də həmişə dəstək olurdular. Müharibə dövründəki müraciətlərim də yaxın tarixin hadisələridir, bunu təkrarlamaq istəmirəm”.

Prezident İlham Əliyev qeyd edib ki, müharibədən sonrakı dövr çox çətin olub: “Müharibə qədər olmasa da, çox çətin idi. Müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi. Onu qəbul etmək istəməyən kifayət qədər qüvvətli dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim qələbəmizi əlimizdən almaq, onu yarımçıq etmək və ya yenə də Azərbaycanı asılı vəziyyətdə saxlamaq, Azərbaycanın tam ədalətin bərpasına nail olmaması üçün müxtəlif fitnələrin təşkil olunmasına cəhdlər olurdu. Bütün bunları biz yaxşı xatırlayırıq. Mənim də müraciətlərim ondan ibarət idi ki, gəlin, biz müharibədəki qələbəni indi qeyd etməyək. Gəlin, daha fəal olaq. Çünki hələ görüləsi işlər çoxdur. Bir qrup keçmiş məcburi köçkün də yenə də bu sözlərə inanıb gözləyirdi ki, gün gələcək onlar da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Həm Qaladərəsi kəndində, həm də Güney Xırman və Quzey Xırman kəndlərində şənbə günü bir qrup keçmiş məcburi köçkünlə görüşdə dedim ki, 2020-ci ildə müharibə bitəndə və biz qələbə çalanda bu torpaqlar hələ işğal altında idi. Amma siz inanırdınız ki, gün gələcək bu torpaqlara qayıdacağıq və o gün gəldi. Müraciətlərim fərqli olsa da, məzmunca onların ana xətti dəyişməz olaraq qalır. O da budur ki, biz ancaq özümüzə güvənə bilərik. Bu gün artıq bu barədə danışdım. Baxmayaraq ki, Azərbaycanın çox böyük təbii sərvətləri olub, uzun illərdən bəri onlardan heç biri sözün əsl mənasında Azərbaycan xalqının inkişafında, Azərbaycanın o vaxtkı müstəqil olmayan respublikasının inkişafında heç bir rol oynamayıb. Biz ümumittifaq büdcəsinə aldığımızdan daha çox verirdik. Neft aparılırdı. Sumqayıt şəhəri ekoloji fəlakətə məruz qoyulub. Nəticədə Sovet İttifaqı dağılanda hər şey viran qalmış, torpaqlarımız da əldən getmişdi. Ancaq özümüzə və dövlətə güvənməliyik. Birlik heç vaxt sarsılmamalıdır. Bəlkə də bunu bu gün demək o qədər də məntiqli səslənməz, çünki Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir. Çünki bu ürəkdən gələn, insanların zehnindən gələn və eynilə iki çayın birləşməsinə bənzəyən bir şeydir. Həm qəlbdən, həm də fikir olaraq. Biz gələcəyə baxmalıyıq, dünya dəyişir. Yeni təhdidlər və təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşirsə ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, bilməlidir ki, bu heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır.

Mübarizə öz hüquqlarımızı, öz milli kimliyimizi qorumaq üçün, müstəqilliyimizi öz əlimizdə saxlamaq üçündür. Bir çox misallar var ki, bəzi ölkələrin rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq. Amma nəticə etibarilə böyük oyunların qurbanına çevrilirlər. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa-dirçəliş dövrünü görür və bu prosesin iştirakçısıdır”.

Azərbaycan Prezidenti gənc nəslə müraciət edərək, milli kimliyi hər şeydən üstün tutmağa çağırıb: “Milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, olur belə hadisələr. Amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan. İşğalçının diktəsi ilə oturub durmamalısan. Bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq. Hardasa 20, 30, 50 ildən sonra onlar da bizim kimi olmalıdırlar. Vətənə bağlı, mətin, iradəli, güclü ki, daim Azərbaycan yüksəklərdə olsun”.

Previous Post

İndoneziyada 5.1 bal gücündə zəlzələ

Next Post

Sabahkı HAVA PROQNOZU

Bənzər yazılar

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10

İran qonşu ölkələr və Yaxın Şərq respublikaları ilə yaxşı münasibətlər istəyir və Misirlə heç bir ixtilafın olmadığını bildirir. Elchi.az  "Tasnim"ə...

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27

28 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov Belarus Respublikasında səfərdə olub. XİN-dən Elchi.az-a verilən xəbərə görə,...

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19

Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən Elchi.az-a verilən xəbərə görə, görüş...

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

28 Avqust 2026 - 14:52

Aram Sərkisyan hansısa müxalif partiyanın rəhbəri idi. Onun konkret vəzifəsi yox idi, ictimai təşkilatı təmsil edirdi. Orada qeyri-rəsmi görüşlər keçirilirdi....

Next Post
Sabahkı HAVA PROQNOZU

Sabahkı HAVA PROQNOZU

O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11
Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.