İran Prezidenti Məsud Pezeşkian barışığın ikitərəfli bir proses olduğunu bildirərək dedi: “Əgər Amerika tərəfi razılaşmaya əməl edərsə, biz də öhdəliklərimizi yerinə yetirəcəyik”.
Elchi.az xəbər verir ki, Qətərin paytaxtı Dohada İran və ABŞ arasında gözlənilən danışıqlar üçün geri sayım davam edərkən, İran Prezidenti Məsud Pezeşkian diqqətəlayiq bir açıqlama verdi.
Pezeşkian sosial media hesabında dərc etdiyi mesajda barışığın ikitərəfli bir proses olduğunu vurğulayaraq dedi: “Əgər Amerika tərəfi razılaşmaya əməl edərsə, biz də öhdəliklərimizi yerinə yetirəcəyik”. Pezeşkian bildirdi: “Məntiqsiz açıqlamalara və boş təhdidlərə yanaşmamız qərar qəbuletmə prosesimizi rasionallıq və insan ləyaqətinə əsaslandırmaq və hərəkətə keçmək vaxtı gələndə qətiyyətli və qorxmaz bir müdafiə nümayiş etdirməkdir”.
Şayəstə





















