"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

AŞPA Gürcüstanda demokratik geriləmənin qabardıldığı qətnamə qəbul edib

24 İyun 2026 - 23:49
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanla bağlı qətnamə qəbul edib.

Bunu da oxuyun

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

Bu gün işdən tez çıxa biləcəksiniz

Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

Elchi.az xəbər verir ki, qətnamənin lehinə 83 deputat səs verib, 5 nəfər əleyhinə çıxıb, 4 deputat isə bitərəf qalıb.

“Gürcüstanda Demokratik Təsisatların Fəaliyyəti” adlı sənəddə ölkədə demokratik geriləmənin davam etdiyi, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və fərqli fikirlərə qarşı təzyiqlərin azalmadığı qeyd olunub.

Qətnamədə bildirilib ki, Gürcüstanda demokratiyanın zəifləməsi və Assambleyanın əvvəlki tövsiyələrinin yerinə yetirilməməsi ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə bağlı ciddi suallar yaradır.

Sənəddə demokratik müxalifət partiyalarının qadağan olunması təşəbbüsü və onların liderlərinə qarşı siyasi motivli hesab edilən məhkəmə təqibləri qəbuledilməz kimi qiymətləndirilib. AŞPA Gürcüstan hakimiyyətini bu istiqamətdə Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddianı geri götürməyə çağırıb.

Qətnamədə həmçinin vurğulanıb ki, demokratik müxalifətin, vətəndaş cəmiyyətinin və müstəqil medianın fəaliyyət imkanlarının məhdudlaşdırılması ölkədə azad və demokratik seçkilərin keçirilməsi üçün zəruri mühitin formalaşmasına mane olur.

Assambleya Gürcüstan hakimiyyətini bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə açıq və inklüziv siyasi dialoqa başlamağa çağırıb.

Sənəddə ifadə və toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərin, vətəndaş cəmiyyəti təşkilatlarına, müstəqil mediaya və müxalifət nümayəndələrinə qarşı siyasi motivli təqiblərin dayandırılmasının vacibliyi qeyd olunub.

AŞPA son dövrlərdə qəbul edilən bir sıra qanunvericilik dəyişikliklərinin, o cümlədən “Xarici təsirlərin şəffaflığı haqqında” qanunun, “Xarici agentlərin qeydiyyatı haqqında” qanunun və qrantlarla bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin yenidən nəzərdən keçirilməsini tövsiyə edib.

Qətnamədə etiraz aksiyaları zamanı polis zorakılığı və insan hüquqlarının pozulması ilə bağlı iddiaların hərtərəfli araşdırılmasının vacibliyi də vurğulanıb. Assambleya Tbilisidə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı qadağan olunmuş kimyəvi maddələrdən istifadə edildiyinə dair məlumatlardan narahatlığını ifadə edib və bu iddialarla bağlı müstəqil araşdırma aparılmasına çağırıb.

Bundan başqa, AŞPA Gürcüstanı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam şəkildə icra etməyə və ATƏT-in Moskva Mexanizmi çərçivəsində hazırlanmış hesabatda yer alan tövsiyələri həyata keçirməyə çağırıb.

Previous Post

Rumıniya Deputatlar Palatası Moldova ilə birləşməyə dair qanunvericilik sənədini təsdiqləyib

Next Post

Danimarka Ukraynaya 15 min uzaqmənzilli artilleriya sursatı verəcək

Bənzər yazılar

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

25 İyun 2026 - 13:26

26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək. Metropolitendən Elchi.az-a verilən məlumata görə, “28...

Bu gün işdən tez çıxa biləcəksiniz

Bu gün işdən tez çıxa biləcəksiniz

25 İyun 2026 - 13:18

Azərbaycanda iyunun 26-da Silahlı Qüvvələr Günü qeyd olunacaq. Qanunvericiliyə uyğun olaraq, bu tarix qeyri-iş günü hesab edilir. Elchi.az xəbər verir ki,...

Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

25 İyun 2026 - 12:53

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. Elchi.az Report-a istinadla xəbər verir ki, bunu Suriya parlamentinin...

Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

25 İyun 2026 - 12:45

Sabah Azərbaycanda hava necə olacaq? İyunun 26-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Next Post
Danimarka Ukraynaya 15 min uzaqmənzilli artilleriya sursatı verəcək

Danimarka Ukraynaya 15 min uzaqmənzilli artilleriya sursatı verəcək

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

25 İyun 2026 - 13:26
Bu gün işdən tez çıxa biləcəksiniz

Bu gün işdən tez çıxa biləcəksiniz

25 İyun 2026 - 13:18
Paşinyan: Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq

Paşinyan: Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq

25 İyun 2026 - 13:09
“ABŞ F-35-ləri Türkiyəyə təhvil verməyi düşünür” – Vens

“ABŞ F-35-ləri Türkiyəyə təhvil verməyi düşünür” – Vens

25 İyun 2026 - 13:00
Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

Azərbaycan bu ölkədə 10 məktəb tikəcək

25 İyun 2026 - 12:53
Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

25 İyun 2026 - 12:45
Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

25 İyun 2026 - 12:30
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

25 İyun 2026 - 12:27
FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirib

FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirib

25 İyun 2026 - 12:26
Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirib

Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirib

25 İyun 2026 - 12:18
ADY Çindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır – FOTO

ADY Çindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır – FOTO

25 İyun 2026 - 12:10
Futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

Futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

25 İyun 2026 - 12:02
Son 24 saatda 4 böyük zəlzələ: Dünyanın müxtəlif yerlərində ardıcıl təkanlar

Son 24 saatda 4 böyük zəlzələ: Dünyanın müxtəlif yerlərində ardıcıl təkanlar

25 İyun 2026 - 11:56
Azərbaycan və Polşa XİN rəhbərləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdilər

Azərbaycan və Polşa XİN rəhbərləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdilər

25 İyun 2026 - 11:43
Tramp Böyük Britaniyanın baş nazir namizədini qiymətləndirdi

Tramp Böyük Britaniyanın baş nazir namizədini qiymətləndirdi

25 İyun 2026 - 11:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.