Volodimir Zelenski Kiyevə silah tədarükü üzrə təmas qrupunun iclasında iştirak etmək üçün Brüsselə gəlib.
Elchi.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte NATO müdafiə nazirlərinin planlaşdırılmış görüşünün açılışından əvvəl jurnalistlərə məlumat verib.
“Görüş Ukrayna üzrə təmas qrupunun iclası ilə yekunlaşacaq. Orada dünən gecə qəbul etdiyim Volodimir Zelenski də iştirak edəcək”, — deyə Rütte bildirib.
O qeyd edib ki, Zelenski ilə xüsusilə Ukraynanın “müharibəni davam etdirə” bilməsi üçün ona silah yardımının necə təmin ediləcəyini müzakirə edib.
Diplomatik mənbələrin verdiyi məlumata görə, Aİ liderləri Zelenskini bu axşam keçiriləcək planlı Aİ sammitində çıxış etməyə dəvət ediblər.
Məryəm





















