“Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesindəki irəliləyişdən məmnunuq”.
Elchi.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesindəki irəliləyişdən məmnunuq. Proses çərçivəsində atılan addımlar artıq bölgədə sülhün bərqərar olduğunu göstərir. İqtisadi yaxınlaşmanın, nəqliyyat və ticarət xətlərinin genişləndirilməsi, enerji və logistik sahədə qurulan əməkdaşlıq regional sabitliyin qarantı olacaq.
Cənubi Qafqazın məsələlərinin regional ölkələr və yaxın qonşular tərəfindən dialoq və əməkdaşlıq çərçivəsində müzakirə edilməli olduğunu düşünürük. Rusiyalı həmkarımın da qeyd etdiyi kimi, 3+3 platforması bu mənada önəmli əməkdaşlıq çərçivəsi formalaşdırır”, – Fidan qeyd edib.





















