İsrail İranın cənub-qərbindəki Xuzistan əyalətində yerləşən Mahşəhr şəhərində neft-kimya zavoduna zərbə endirdiyi bildirilir.
Elchi.az xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, Xuzistan qubernatorunun müavini Vəliollah Hayati hücumla bağlı məlumat verib.
Hayati deyib: “Bu yaxınlarda Mahşəhrdəki Karun Neft-Kimya Şirkəti sionist düşmən tərəfindən hava hücumuna məruz qalıb. Zavoda dəyən mərmilər nəticəsində bu sənaye müəssisəsinin bəzi hissələri zədələnib”.
Hayati ilkin məlumatlara görə, hücumda heç bir itki və ya xəsarət alan olmadığını və zərərin dərəcəsi və mümkün itkilər barədə ətraflı məlumatın daha sonra açıqlanacağını bildirib.
İsrail ordusunun açıqlamasında Mahşəhrdəki neft-kimya zavodundakı “bir neçə hədəfin” vurulduğu bildirilib. Digər tərəfdən, İran İnqilab Keşikçiləri Korpusu İsrailin İrana hücumlarına cavab olaraq “Nəsr Əməliyyatı”na başladıqlarını və Nəvatim və Tel Nof hava bazalarını hədəf aldıqlarını açıqlayıb. İnqilab Keşikçilərinin açıqlamasında həmçinin İsraildə hədəf alınacaq strateji nöqtələrin müəyyən edildiyi və hədəf bankının genişləndirildiyi bildirilib.
Şayəstə



















